
Film & Serial bölməsi


14 illik kult kriminal triller filminin davam filmi yoldadır.
14 il əvvəl kinoteatrlarda böyük səs-küy salan kult kriminal triller davam filmi ilə böyük ekranlara qayıdır. Yeni layihənin arxasında isə gənc ulduz Bella Torn dayanır.

Freddy Krueger 16 ildən sonra geri qayıdır!
Qorxu kinosunun ən ikonik personajlarından biri olan Freddy Krueger, uzunmüddətli fasilədən sonra yenidən böyük ekranlara dönməyə hazırlaşır. "Paramount Pictures" kult seriyanın yeni filmi üçün rəsmi addımlar atıb. "Elm küçəsində kabus" kainatında keçəcək yeni layihənin ilk təfərrüatları paylaşıldı.

250 milyon gəlir qazanan qorxu filmi - Backrooms icmal
Bəzən ən böyük qorxu qaranlıqda gizlənən canavarlar deyil, tamamilə işıqlı, amma bomboş bir otaqda tək qalmaqdır. Səs yoxdur, sadəcə təpənizdəki flüoresent lampaların o sinir pozucu vızıltısı var. Backrooms məhz bu hissin üzərində qurulub. O, sadəcə bir qorxu filmi deyil, müasir insanın tənhalığını, sıxıntısını və öz zehni divarları arxasında necə itdiyini göstərən bir hekayədir.

Aaron Paul sirli bir rolla "Fallout" serialının 3-cü mövsümünün aktyor heyətinə qatılır.
"Breaking Bad", "Bojack Horseman" və "Westworld" kimi populyar seriallardakı rolları ilə tanınan məşhur aktyor Aaron Paul rəsmi olaraq "Prime Video"da yayımlanan "Fallout" serialının növbəti mövsümünə qatılır.

"I Am Legend": Uşaqlığımızın əvəzolunmaz əfsanəsi
2007-ci il istehsalı olan "I Am Legend" sadəcə bir post-apokaliptik triller deyil, eyni zamanda geniş izləyici kütləsinin qəlbində taxt qurmuş unudulmaz bir ekran əsəridir. Baş rolda Uill Smitin (Will Smith) möhtəşəm performansı ilə yadda qalan filmin süjet xətti, ölümcül bir virusun bəşəriyyəti məhv etməsi və az sayda sağ qalan insanın həyatda qalma mübarizəsi üzərində qurulub.

"Michael" (2026) - Film İcmalı
Michael Jackson yaşayarkən bənzərsiz bir şöhrətə qovuşdu və həyatını itirdikdən sonra da bu ün qatlanaraq davam etməkdədir. Müasir dünyanın ən məşhur isminin həyatından bəhs edən yeni "Michael" filmi hazırda həm kassada, həm də musiqi platformalarında əsl fırtına qoparır. Elə ilk həftəsonu gəlirləri ilə büdcəsini demək olar ki, çıxaran film, sənətçinin mahnılarını Spotify-da yenidən zirvəyə daşıdı. Belə ki, onun 13 mahnısı ən çox dinlənən 200 mahnı arasına daxil oldu və aylıq 75 milyon dinləyici ilə ölümündən 17 il sonra öz rekordunu yenilədi. Lakin bütün bu ticari uğurlara və qlobal marağa baxmayaraq, film tənqidçilərlə izləyiciləri kəskin şəkildə qarşı-qarşıya gətirməyi bacarıb.

2026-cı İlin Ən Çox Gözlənilən Filmləri
1. The Mandalorian and Grogu (May 2026) "Star Wars" kainatının ən sevilən ikilisi bu dəfə daha geniş, eyni zamanda daha emosional bir macəra ilə qarşımızdadır. Qalaktik döyüşlərin səs-küyündən bir qədər uzaqlaşan film, Mandaloryalı və Qroqu arasındakı qırılmaz bağa, qoruyuculuq və "seçilmiş ailə" anlayışlarına köklənir. Epik döyüş səhnələri öz yerini qorusa da, əsl təsir baxışlarda və səmimi anlarda hiss olunacaq.

Çernobıldan bir müddət sonra Braziliyada baş verən fəlakətdən bəhs edən yeni serial reytinqləri alt-üst etdi.
"Netflix"in Braziliya istehsalı olan "Radioaktiv təcili hal" adlı yeni triller serialı qısa müddətdə qlobal reytinqlərdə yüksəlib.

Project Hail Mary: Həqiqətən ümid var?
"Project Hail Mary" filmi həm sosial mediada, həm də kino tənqidçiləri tərəfindən "İnterstellar"dan bəri ona ən çox yaxınlaşan ekran işi kimi təqdim olundu. Bu, həqiqətən də çox böyük və iddialı bir müqayisədir və obyektiv yanaşsaq, film bu ağır iddianın altından tam olaraq qalxa bilmir.

1,1 Milyard dollarlıq epik elmi-fantastik dastanın yeni filmindən ilk fraqment: "Dune 3" Gəlir!
Denis Villeneuve tərəfindən ekranlaşdırılan möhtəşəm "Dune" trilogiyası final hissəsinə hazırlaşır. Seriyanın üçüncü filmi "Dune: Part Three"dən ilk görüntülər və maraqlı detallar paylaşılıb.

Şöhrətpərəstlik və Xaos: "Marty Supreme"
Biz Coş Safdini (Josh Safdie) qardaşı Benni ilə birgə çəkdiyi "Uncut Gems" və "Good Time" kimi insanı gərginlikdən məhv edən, nəfəskəsən filmlərdən tanıyırıq. İndi isə o, kamera arxasında təkdir. Coşun yeni filmi "Marty Supreme" rejissorun o öyrəşdiyimiz xaotik və sürətli üslubunu tam qoruyub saxlayır. Hekayə kənardan 1950-ci illərin Nyu-Yorkundan Londona uzanan bir idman dramı kimi görünsə də, əslində stolüstü tennislə ört-basdır edilmiş bir eqo və şöhrətpərəstlik mübarizəsidir.

3.3 Milyard dollarlıq əfsanəvi “Toy Story” geri qayıdır: Yeni treyler yayımlandı.
Toy Story 5 üçün yeni bir treyler yayımlandı. Məşhur animasiya seriyası, illər sonra yenidən izləyici qarşısına çıxmağa hazırlaşır.

Netflix-dən yeni qorxu serialı: "Something Very Bad Is Going To Happen"
Serial dünyasında "Stranger Things" adlı fenomen yaradan Duffer qardaşları, Netflix üçün yeni bir qorxu layihəsinə imza atırlar.

William Goldingin klassik əsəri BBC ekranlarında.
William Golding tərəfindən qələmə alınan və dünya ədəbiyyatının ən əhəmiyyətli əsərlərindən biri hesab olunan “Lord of the Flies” (Milçəklər Kralı) serial olur.

Oscar 2026 namizədləri təhlili.
Oscar 2026 namizədləri artıq bəllidir və siyahıya baxanda Akademiyanın həm "risk etmədiyi" nöqtələri, həm də bəzi təəccüblü seçimlərini görmək olur. Gəlin, bu ilin əsas kateqoriyalarını, kimin niyə orada olduğunu və mükafat gecəsi bizi nələrin gözlədiyini bir yerdə analiz edək.

İnanc, Hakimiyyət və İnsan Zəifliyi
İnanc insanın həyatda tutunduğu ən köhnə və ən güclü dayaqlardan biridir. İnsan nəyə inanırsa, dünyaya baxışı da onun üzərində qurulur. Amma inanc nə qədər saf olsa da, onu daşıyan insan olduqda hər şey dəyişir. Çünki insanın olduğu yerdə ego, qorxu və istək də olur.

Yeni “Game of Thrones: A Knight of the Seven Kingdoms” serialı haqqında rəylər yayımlandı.
Yeni Game of Thrones serialı haqqında ilk rəylər gəldi: Bəyənən də var, darıxdırıcı olduğunu deyəndə.

2025-in Ən Yaxşı Filmləri
2025-ci il kino baxımından tamamilə inqilabi olmasa da, yenə də yadda qalan, risk edən və mövzu dərinliyi ilə seçilən filmlərlə yadda qaldı. Bu siyahıda ilin ən çox müzakirə olunan və təsir gücü yüksək olan filmlərini sıralayırıq.

İl 2026-dır və sən hələ də bu filmlərə baxmamısan.
İl artıq 2026-dır. Zaman sürətlə keçir — və biz bunu hər gün hiss edirik. İnsanlar həyatımıza girir, çıxır, bəzi münasibətlər iz qoyur, bəziləri isə səssizcə itib gedir. Geriyə isə qərarlar qalır. Verdiklərimiz və vermədiklərimiz.

"007 First Light" oyununun çıxış tarixi təxirə salındı.
"IO Interactive" studiyası Ceyms Bond haqqında hazırladığı yeni "007 First Light" oyununun çıxış tarixini təxirə saldığını rəsmi olaraq elan edib. Əvvəlcə 2026-cı ilin mart ayına planlaşdırılan oyunun yeni buraxılış tarixi 27 may 2026-cı il olaraq təyin edilib.

"The Odyssey" filmindən ilk fraqment yayımlandı.
Baş rollarında Reyf Fayns (Ralph Fiennes) və Julyet Pinoşun (Juliette Binoche) yer aldığı ekran işi, Homerin eyniadlı klassik dastanına əsaslanan tarixi bir dramdır.

One Battle After Another – Tənqidçilərin sevdiyi, amma kassada batan film
Paul Thomas Anderson adını eşidəndə artıq müəyyən bir səviyyəni gözləyirik. There Will Be Blood, The Master, Licorice Pizza – bunların hamısı onun fərqli üslubunu və bədii gücünü göstərən filmlərdir. Amma bu dəfə Anderson başqa bir janrda siyasi triller janrında həm də çox böyük büdcə ilə film çəkib.