
Niyə bu filmə məhz 31 Avqust baxmalısan?
Sabah 31 avqustdur. Yayın son günü, payızın gəlişi. Təqvimin bu səhifəsi həm də nələrinsə birdəfəlik bitməsini, keçib gedən zamanın ağırlığını xatırladır. Əgər hələ də izləməmisinizsə, Joachim Trier 2011-ci ildə çəkdiyi “Oslo, August 31st” filminə baxmaq, ya da onu yenidən xatırlamaq üçün bundan daha mükəmməl bir tarix ola bilməz.








