Ötən cümə günü "Square Enix" şirkəti ABŞ-ın Kaliforniya ştatının Anahaym şəhərində keçirilən Disney "D23" konfransında "Kingdom Hearts 4"-ün 2027-ci ilin sonlarında çıxacağını rəsmi olaraq elan etmişdi. Bunun ardınca şənbə gecəsi "D23" çərçivəsində təşkil olunan xüsusi panelə sürpriz şəkildə qatılan Nomura səhnəyə çıxaraq layihə haqqında vacib açıqlamalar verib.
Seriyanın hər bir oyununa rejissorluq etmiş Nomura 2027-ci ilin sonu üçün müəyyən edilən buraxılış tarixinə şübhə ilə yanaşan oyunçulara səslənərək bu tarixin təxirə salınması üçün heç bir səbəb olmadığını vurğulayıb:
*İnternetdə bəzi insanların 'oyunun dəqiq çıxış tarixi yenə təxirə salına bilər' dediyini gördüm. Məsələyə tam aydınlıq gətirmək istəyirəm. Belə bir şey olmayacaq. Ümid edirəm ki, azarkeşlər oyunun 2027-ci ildə çıxışını səbirsizliklə gözləyəcəklər. Layihənin marketinq kampaniyasına yeni başlamışıq, tezliklə daha çox xəbər paylaşacağıq. *
- Tetsuya Nomura
Disney+ animesi və "Coco" dünyası
Bundan əlavə, cümə günü "Kingdom Hearts" kainatına əsaslanan yeni animasiya serialının da hazırlandığı bəlli olub. Ekran əsərinin "Disney+" və "Disney Channel" vasitəsilə yayımlanması planlaşdırılır.




