Windows
More14 illik kult kriminal triller filminin davam filmi yoldadır.
14 il əvvəl kinoteatrlarda böyük səs-küy salan kult kriminal triller davam filmi ilə böyük ekranlara qayıdır. Yeni layihənin arxasında isə gənc ulduz Bella Torn dayanır.
"Last Sentinel" tərtibatçısı "LightSpeed LA" studiyasında kütləvi ixtisarlar: 80-dən çox əməkdaş işdən çıxarıldı
Tencent-in alt şirkəti olan "LightSpeed LA" studiyası ixtisarların "yaradıcı və texniki istiqamətinin dəyişməsi" ilə əlaqədar olduğunu bildirdi.

Mixtape: Güclü nostalji hissi, lakin zəif oyun təcrübəsi
Mixtape, Beethoven & Dinosaur studiyası tərəfindən hazırlanan hekayə yönümlü macəra oyunudur. Oyunun əsas məqsədi nostalji hissini ön plana çıxarmaq, dostluq mövzusunu emosional şəkildə təqdim etmək və oyunçunu 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərinin atmosferinə aparmaqdır. İlk treylerlər böyük maraq doğursa da, yekun nəticə gözləntiləri tam doğrultmur.
Freddy Krueger 16 ildən sonra geri qayıdır!
Qorxu kinosunun ən ikonik personajlarından biri olan Freddy Krueger, uzunmüddətli fasilədən sonra yenidən böyük ekranlara dönməyə hazırlaşır. "Paramount Pictures" kult seriyanın yeni filmi üçün rəsmi addımlar atıb. "Elm küçəsində kabus" kainatında keçəcək yeni layihənin ilk təfərrüatları paylaşıldı.
Jon Hamm "L.A. Noire"-da niyə baş rol ola bilməmişdir?
Oyunun ssenaristi məşhur aktyorun Cole Phelps rolu üçün ciddi şəkildə düşünüldüyünü, lakin son anda Aaron Statona niyə üstünlük verildiyini açıqlayıb.
Sony 2028-ci ildən etibarən PlayStation oyunlarında tamamilə rəqəmsal formata keçir.
Fiziki oyun diskləri tarixə qovuşur. Yaxın gələcəkdə yeni PlayStation oyunları yalnız rəqəmsal kodlar şəklində satılacaq.

007: First Light İcmalı
Agentlik sənətinin reinkarnasiyası və bir əfsanənin doğuşu

Xbox məşhur "Ninja Theory" studiyasını bağlayır: Oyun dünyasında böyük şok.
"Compulsion Games" və "Double Fine" studiyaları da Microsoft tərkibindən çıxaraq yenidən müstəqil fəaliyyət göstərmək üçün hazırda aktiv danışıqlar aparır.
"Stranger Than Heaven" oyununda Tupac qalmaqalı: RGG studiyasının rəhbəri tənqidlərə cavab verdi.
Masayoşi Yokoyama əfsanəvi reperin xatirəsinə və mirasına hörmətlə yanaşmaq üçün studiyanın hansı addımları atdığını açıqlayıb.

250 milyon gəlir qazanan qorxu filmi - Backrooms icmal
Bəzən ən böyük qorxu qaranlıqda gizlənən canavarlar deyil, tamamilə işıqlı, amma bomboş bir otaqda tək qalmaqdır. Səs yoxdur, sadəcə təpənizdəki flüoresent lampaların o sinir pozucu vızıltısı var. Backrooms məhz bu hissin üzərində qurulub. O, sadəcə bir qorxu filmi deyil, müasir insanın tənhalığını, sıxıntısını və öz zehni divarları arxasında necə itdiyini göstərən bir hekayədir.
Ləzzətini itirmiş distopiya: "WASTED CHEF" animesindən ilk görüntülər gəldi
"Pompo the Cinéphile" ilə tanınan rejissor Takayuki Hiraonun yeni elmi-fantastik animesi bəşəriyyətin dadbilmə duyğusunu itirdiyi qeyri-adi gələcəkdən bəhs edir.
Kratosun erası bitir? Yeni "God of War" oyununda baş rol tamamilə dəyişdi!
Sony-nin son "State of Play" tədbiri geyminq dünyasında bomba effekti yaratdı.
Çizgi roman dünyasında bir ilk baş verdi.
Avstraliyanın nüfuzlu ədəbiyyat mükafatlarından olan "Stella Prize" tarixində ilk dəfə bir çizgi romana təqdim edilib.

Summer Game Fest 2026: Tədbirin tarixi, yayım təfərrüatları və gözləntilər
Summer Game Fest 2026 üçün geri sayım başladı! 5 iyunda baş tutacaq möhtəşəm tədbirdə yeni oyun anonsları, dünya premyeraları və daha çoxu oyunsevərləri gözləyir.
"Marvel's Wolverine" oyununun da yer alacağı yeni "PlayStation State of Play" tədbiri elan edildi.
2 iyun 2026-cı il tarixində "Marvel's Wolverine" oyununun da nümayiş olunacağı yeni "PlayStation State of Play" tədbiri baş tutacaq.

"PlayStation Studios" rəhbəri: Sony artıq birnəfərlik oyunlarını PC platformasına gətirməyəcək.
Hermen Hulst bu gün baş tutan ümumi işçi yığıncağında hekayə əsaslı birnəfərlik oyunların bundan sonra yalnız "PlayStation" üçün eksklüziv olacağını bildirib.

Aaron Paul sirli bir rolla "Fallout" serialının 3-cü mövsümünün aktyor heyətinə qatılır.
"Breaking Bad", "Bojack Horseman" və "Westworld" kimi populyar seriallardakı rolları ilə tanınan məşhur aktyor Aaron Paul rəsmi olaraq "Prime Video"da yayımlanan "Fallout" serialının növbəti mövsümünə qatılır.

"I Am Legend": Uşaqlığımızın əvəzolunmaz əfsanəsi
2007-ci il istehsalı olan "I Am Legend" sadəcə bir post-apokaliptik triller deyil, eyni zamanda geniş izləyici kütləsinin qəlbində taxt qurmuş unudulmaz bir ekran əsəridir. Baş rolda Uill Smitin (Will Smith) möhtəşəm performansı ilə yadda qalan filmin süjet xətti, ölümcül bir virusun bəşəriyyəti məhv etməsi və az sayda sağ qalan insanın həyatda qalma mübarizəsi üzərində qurulub.

"Michael" (2026) - Film İcmalı
Michael Jackson yaşayarkən bənzərsiz bir şöhrətə qovuşdu və həyatını itirdikdən sonra da bu ün qatlanaraq davam etməkdədir. Müasir dünyanın ən məşhur isminin həyatından bəhs edən yeni "Michael" filmi hazırda həm kassada, həm də musiqi platformalarında əsl fırtına qoparır. Elə ilk həftəsonu gəlirləri ilə büdcəsini demək olar ki, çıxaran film, sənətçinin mahnılarını Spotify-da yenidən zirvəyə daşıdı. Belə ki, onun 13 mahnısı ən çox dinlənən 200 mahnı arasına daxil oldu və aylıq 75 milyon dinləyici ilə ölümündən 17 il sonra öz rekordunu yenilədi. Lakin bütün bu ticari uğurlara və qlobal marağa baxmayaraq, film tənqidçilərlə izləyiciləri kəskin şəkildə qarşı-qarşıya gətirməyi bacarıb.








































