50 il oyun oynayan GamesMaster aparıcısı indi özü oyunun baş qəhrəmanıdır.Dominik Diamond Kanadada bir qarajda hazırlanan Black Tides Draga’s Wake oyununda baş qəhrəman Draga-nı səsləndirir.
Days Gone-u hazırlayan şirkət Bend Studio-nun yeni oyunu gələn il təqdim edilib, həmin ildə yayımlana bilərBend Studio-nun yeni oyunu Days Gone-nın davamı olmayacaq.
GTA VI necə hazırlanıb: Rockstar əvvəlcə özünü dəyişməli olduBütün zamanların ən böyük oyun uğurlarından biri olacağı gözlənilən Grand Theft Auto VI səkkiz ildən çox vaxt ərzində hazırlanıb. Bu müddətdə Rockstar Games həm komandasını böyüdüb, həm iş qaydalarını dəyişib, həm də sızmalar və daxili böhranlarla üzləşib. Bloomberg-in reportajı oyunun hazırlanmasının pərdəarxasını açır.
GTA bənzəri oyun Gang of Dragon ləğv olunub? Maliyyə böhranı və Nagoshi Studio ətrafındakı qeyri-müəyyənlikYakuza seriyasının yaradıcısı Toshihiro Nagoshi-nin yeni oyunu Gang of Dragon maliyyə problemləri ilə üzləşib. NetEase-in dəstəyini dayandırması və Nagoshi Studio-nun fəaliyyətini dayandırdığına işarə edən məlumatlar layihənin gələcəyini sual altına qoyub. Bununla belə, oyunun ləğv edildiyinə dair rəsmi açıqlama yoxdur.
Tim Schafer oyun sənayesində işdən çıxarmaların niyə davam etdiyini başa düşə bilmir: “Görünür ki, haradasa kimsə acgözlük edir”Double Fine Productions-ın qurucusu Tim Schafer oyun sənayesində illərdir davam edən işdən çıxarmaların səbəbini başa düşmədiyini deyib. Onun fikrincə, bunun əsas səbəbi acgözlük ola bilər, amma Schafer bunu qəti səbəb kimi göstərmir.
Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.
Hideo Kojima-nın PHYSINT oyunu art ıq Sony deyil, Xbox tərəfindən yayımlanacaqHideo Kojima-nın Metal Gear Solid seriyasının mənəvi davamçısı kimi təqdim olunan yeni action-cəsusluq oyunu Physint artıq Sony Interactive Entertainment tərəfindən deyil, Xbox ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq və yayımlanacaq.
GTA VI: Onyilliyin oyunu haqqında bütün detallarBütün oyun dünyasının və populyar mədəniyyətin diqqət mərkəzində olan Grand Theft Auto VI haqqında ən geniş pərdəarxası məqamlar bəlli oldu. İstinad etdiyimiz Dazed Magazine jurnalının Rockstar Games yaradıcı heyəti ilə keçirdiyi eksklüziv müsahibə və dərin təhlil, oyunun mexanikası, hekayə strukturu və dünyasının miqyası ilə bağlı indiyədək məlum olmayan bir çox maraqlı faktı ortaya çıxardı.
Gamescom Opening Night Live: Bütün böyük yeniliklər və yeni təqdimatlarGeoff Keighley-nin şousunda Final Fantasy 7, The Witcher 3 Remastered və bir çox oyunlar nümayiş olundu.
Tetsuya Nomura "Kingdom Hearts 4"- ün təxirə salınmayacağına söz verdiOyunun 2027-ci ilin sonlarında təqdim olunması planlaşdırılır və Nomura layihənin vaxtında işıq üzü görəcəyini bildirir.