Gamescom-un illik premyerası olan Opening Night Live dünən axşamı baş tutdu. Tədbirdə yeni çıxacaq oyunlar haqqında yeniliklər və bir sıra yeni anonslar yer aldı.
Xüsusilə, CD Projekt The Witcher 3 oyununun remaster versiyasını elan etdi, Square Enix Final Fantasy 7 Revelations-a aid yeni video təqdim etdi, Xbox Gears of War E-Day-dən yeni kadrlar nümayiş etdirdi və daha bir çox yeniliklər oldu.
Tədbirdə həmçinin Ubisoft, Capcom, Konami, Hoyoverse, Wizards of the Coasts və digər böyük şirkətlərin də təqdimatları baş tutdu.
Gamescom Opening Night Live tədbirindəki ən vacib anonsların və yeniliklərin xülasəsi ilə aşağıda tanış ola bilərsiniz.
Hoyoverse orijinal co-op döyüş oyunu olan Nodus Fall-u elan etdi.
Ubisoft yeni strategiya oyunu olan Rainbow Six Tactics-i anons etdi.
Xbox 6 oktyabrda yayımlanacaq olan Gears of War E-Day-in hekayə moduna aid yeni video təqdim etdi.
Ananta rəsmi yayımlanma tarixi ilə yanaşı, yeni bir şəhərə və mini-oyunlara ilk baxışı nümayiş etdirdi.
Konami Silent Hill Townfall oyununa aid video nümayiş etdirdi.
Eclipse Glow Tides of Annihilation oyununa aid yeni video təqdim etdi.
Unrelated Games-in qurucusu və kreativ direktoru Alessandro Durando Lofsöng oyunundan kadrlar paylaşdı.
Capcom Mega Man: Dual Override üçün yeni oynanış videosunu paylaşdı və Pragmata üçün Mega Man skin-lərini təqdim etdi.
Ubisoft Rayman Legends Untold-a aid yeni video nümayiş etdirdi.
Game of Thrones: War for Westeros oyununa aid yeni video.
Airship Syndicate tərəfindən hazırlanan Dust Origins oyununa aid yeni video.
Wizards of the Coast tərəfindən təqdim edilən Warlock: Dungeons and Dragons oyununa aid video.
1001: Threads of Mizan oyununa aid video.
4A Games Metro 2039-a aid video nümayişi təqdim etmək üçün səhnəyə çıxdı.
Snoop Dogg Hitman oyununda yer alacaq.
Sega gələn il işıq üzü görəcək Crazy Taxi: World Tour-da multiplayer rejiminə aid video təqdime etdi.
Saber Turok Origins oyununa aid yeni video təqdim etdi.
Lego Skylines - Cities: Skylines yaradıcılarından yeni strategiya oyunudur.
Neon Giant (The Ascent) özünün elmi-fantastik döyüş oyunu olan No Law-a aid yeni video təqdim etdi.
Final Fantasy 7 Remake seriyasının direktoru Naoki Hamaguchi Revelations-a aid video təqdimat üçün səhnəyə çıxdı.
CD Projekt Red studiyası The Witcher 3 remaster və yeni Songs of the Past expansion paketini təqdime etdi.Əgər illər əvvəl The Witcher 3 almışdınızsa The Witcher 3 remaster yenilənməsini pulsuz əldə edəcəksiniz.




