Oyun, Film & Serial, Tədbirlər1 dəqiqəlik oxu
Bahlul Hasanli

bir ay əvvəl

Tetsuya Nomura "Kingdom Hearts 4"- ün təxirə salınmayacağına söz verdi

Tetsuya Nomura "Kingdom Hearts 4"- ün təxirə salınmayacağına söz verdi

Oyunun 2027-ci ilin sonlarında təqdim olunması planlaşdırılır və Nomura layihənin vaxtında işıq üzü görəcəyini bildirir.

Ötən cümə günü "Square Enix" şirkəti ABŞ-ın Kaliforniya ştatının Anahaym şəhərində keçirilən Disney "D23" konfransında "Kingdom Hearts 4"-ün 2027-ci ilin sonlarında çıxacağını rəsmi olaraq elan etmişdi. Bunun ardınca şənbə gecəsi "D23" çərçivəsində təşkil olunan xüsusi panelə sürpriz şəkildə qatılan Nomura səhnəyə çıxaraq layihə haqqında vacib açıqlamalar verib.

Kingdom Hearts 4
Kingdom Hearts 4

Seriyanın hər bir oyununa rejissorluq etmiş Nomura 2027-ci ilin sonu üçün müəyyən edilən buraxılış tarixinə şübhə ilə yanaşan oyunçulara səslənərək bu tarixin təxirə salınması üçün heç bir səbəb olmadığını vurğulayıb:

İnternetdə bəzi insanların 'oyunun dəqiq çıxış tarixi yenə təxirə salına bilər' dediyini gördüm. Məsələyə tam aydınlıq gətirmək istəyirəm. Belə bir şey olmayacaq. Ümid edirəm ki, azarkeşlər oyunun 2027-ci ildə çıxışını səbirsizliklə gözləyəcəklər. Layihənin marketinq kampaniyasına yeni başlamışıq, tezliklə daha çox xəbər paylaşacağıq.

- Tetsuya Nomura

Kingdom Hearts 4
Kingdom Hearts 4

Disney+ animesi və "Coco" dünyası

Bundan əlavə, cümə günü "Kingdom Hearts" kainatına əsaslanan yeni animasiya serialının da hazırlandığı bəlli olub. Ekran əsərinin "Disney+" və "Disney Channel" vasitəsilə yayımlanması planlaşdırılır.

Kingdom Hearts 4
Kingdom Hearts 4

Kingdom Hearts 4
Kingdom Hearts 4

Tövsiyə

Oxşar məqalələr

  1. Tim Schafer oyun sənayesində işdən çıxarmaların niyə davam etdiyini başa düşə bilmir: “Görünür ki, haradasa kimsə acgözlük edir”Double Fine Productions-ın qurucusu Tim Schafer oyun sənayesində illərdir davam edən işdən çıxarmaların səbəbini başa düşmədiyini deyib. Onun fikrincə, bunun əsas səbəbi acgözlük ola bilər, amma Schafer bunu qəti səbəb kimi göstərmir.Oyun1 həftə əvvəl
  2. Breaking Bad öz izləyicisini necə manipulyasiya edir ?Bu serialda izlədiklərimizi görə bilirikmi ?İcmal1 həftə əvvəl
  3. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun2 həftə əvvəl
  4. Hideo Kojima-nın PHYSINT oyunu artıq Sony deyil, Xbox tərəfindən yayımlanacaqHideo Kojima-nın Metal Gear Solid seriyasının mənəvi davamçısı kimi təqdim olunan yeni action-cəsusluq oyunu Physint artıq Sony Interactive Entertainment tərəfindən deyil, Xbox ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq və yayımlanacaq.Oyun3 həftə əvvəl