Oyun, İcmal3 dəqiqəlik oxu
Shahin Asadli

8 saat əvvəl

Yeni oyun, yeni Bond - 007 First Light

Yeni oyun, yeni Bond - 007 First Light

Casusluq əfsanəsində yeni era

İan Fleming-in 1953-cü ildə yaratdığı James Bond, populyar mədəniyyətin ən məşhur casuslarından biridir. Onlarla romandan sonra 1962-ci ildə kino aləminə qədəm qoyan 007, Sean Connery-dən Daniel Craig-ə qədər müxtəlif aktyorların təqdimatında əvəzolunmaz casusluq ikonasını formalaşdırıb. Kino və ədəbiyyatdakı bu zəngin irs, xüsusən GoldenEye 007 kimi klassiklərlə video oyun dünyasında da dərin iz qoyub. GoldenEye 007 bir çoxuna görə FPS erasının da başlanğıcı hesab edilir.

James Bond dünyası
James Bond dünyası

Hitman oyununun yaradıcıları tərəfindən təqdim edilən 007 First Light casusluq və döyüşü özündə professional şəkildə birləşdirir.

Oyunun müsbət cəhətlərinə dəymək lazımdırsa ilk başda oyunun təlim mərhələsini mütləq qeyd etmək lazımdır. Bu oyun bəzi oyunlardakı standart “burdan ora get” şablonunu qıraraq oyunçuya birbaşa casus kimi təlim keçir. Filmlərdəki kimi montaj və oyun kombinasiyası oyunçuya həqiqətən bir Bond filmindəymiş kimi hiss etdirir.

Bond təlimdə
Bond təlimdə

Oyunda döyüş elementləri müasir və funksionaldır. “Atəş aç və irəlilə” məntiqindən çıxaraq oyun casusluğu ön plana qoyur, lakin döyüş qaçılmaz olduqda bunu ən yaxşı şəkildə oyunçuya yaşadır. James Bondun ikonik **qol saatı **köməkçi cihaz olaraq oyunda bir çox funksiyanı da yerinə yetirir. Ətraf mühit döyüşə uyğun şəkildə dizayn edilərək oyunçunun səssiz və ya döyüşərək irəliləməsinə yardımçı olur. Düşmənlərə istədiyimiz şəkildə, istər birbaşa, istərsə də ətraf mühitin köməyindən istifadə edərək bir casus kimi hücum da edə bilərik.

Bond döyüş zamanı
Bond döyüş zamanı

Əsas da NPC-lər ruhsuz deyil, missiya üçün onları gizlicə dinləyərək məlumat almaq, missiya elementlərini oğurlamaq olur. Qadağan olunmuş yerlərə girdikdə blef edərək onları aldatmaq da mümkündü. Hətta bu tip dialoqlarda bir çox 007 və digər məşhur filmlərə istinadlar da edilir. Bunların bəzilərinə Assassin’s Creed oyunlarında da rastlaşmışdım amma yenidən görməyim sevindirici haldı. Hətta NPC-lərə dəydikdə reaksiya da verirlər.

James Bond isə sarkastik və hadisələrə soyuq zarafatlarla reaksiya verən tam bir ingilis prototipi olaraq qarşıya çıxır. Kitablarında və Pierce Brosnan olan 007 filmlərində Bond tam da bu xarakterdədir. Təbii ki, **“Bond qızı” **adlanan personaj da oyunda mövcuddur və bu son illərdə rastlaşdığım gözəl işlənmiş tarazlayıcı personajlardandır. O, Bondun sarkastik və zarafatcıl yanını, öz soyuqqanlılığı ilə tarazlayır.

"Bond qızı"

Mənfi cəhətinə isə, təəssüf ki, Bond işlərində əsas element olan baş düşmənin zəifliyi aiddir. Baş cani oyunda yetəri qədər effektiv təqdim edilmir. Oyunçu sürpriz elementi ilə sonda rastlaşsa da buna hazırlıq çox zəif formada və dərhal aparılır. Bond işlərinin əsas fərqliliyi qeyri-rasional və güclü düşmənlərin olmasıdır. Baş düşmən bunu qarşılasa da təəssüf ki, təqdimat və mübarizə cəhətdən “sinifdə qalır”.

Sirli düşmən
Sirli düşmən

Lakin bu, oyunu oynamağa və bundan həzz almağa mane deyil. Bu ilin ən maraqlı oyunlardan biri olan 007 First Light zaman ayırmağa dəyər bir işdir.

8.2

Müəllifin balı

"Bond, James Bond"
"Bond, James Bond" The Flight - Earn the number
0:00
0:00
"Bond, James Bond"
"Bond, James Bond"
0:00