Breaking Bad öz izləyicisini necə manipulyasiya edir ?
Bu serialda izlədiklərimizi görə bilirikmi ?
Bu serialda izlədiklərimizi görə bilirikmi ?
Sabah 31 avqustdur. Yayın son günü, payızın gəlişi. Təqvimin bu səhifəsi həm də nələrinsə birdəfəlik bitməsini, keçib gedən zamanın ağırlığını xatırladır. Əgər hələ də izləməmisinizsə, Joachim Trier 2011-ci ildə çəkdiyi “Oslo, August 31st” filminə baxmaq, ya da onu yenidən xatırlamaq üçün bundan daha mükəmməl bir tarix ola bilməz.
Casusluq əfsanəsində yeni era
Kinoteatra marağın kəskin azaldığı və filmlərin rəqəmsal platformalarda itib-batdığı bir vaxtda bir film üçün bilet tapmaqdan əziyyət çəkiriksə, bu, birmənalı olaraq böyük hadisədir. Nolan dövrümüzün ən böyük və ən çox tanınan rejissorlarından biridir. Amma çox zaman layiq olduğu diqqətdən və tərifdən daha artığını alır, şişirdilir deyə şikayətlənənlər də az deyil. Bəs "The Odyssey" bu iddiaların harasında dayanır? Nolan həqiqətən o "ən yaxşı" ünvanına layiqdirmi?
Mixtape, Beethoven & Dinosaur studiyası tərəfindən hazırlanan hekayə yönümlü macəra oyunudur. Oyunun əsas məqsədi nostalji hissini ön plana çıxarmaq, dostluq mövzusunu emosional şəkildə təqdim etmək və oyunçunu 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərinin atmosferinə aparmaqdır. İlk treylerlər böyük maraq doğursa da, yekun nəticə gözləntiləri tam doğrultmur.
Bəzən ən böyük qorxu qaranlıqda gizlənən canavarlar deyil, tamamilə işıqlı, amma bomboş bir otaqda tək qalmaqdır. Səs yoxdur, sadəcə təpənizdəki flüoresent lampaların o sinir pozucu vızıltısı var. Backrooms məhz bu hissin üzərində qurulub. O, sadəcə bir qorxu filmi deyil, müasir insanın tənhalığını, sıxıntısını və öz zehni divarları arxasında necə itdiyini göstərən bir hekayədir.

Michael Jackson yaşayarkən bənzərsiz bir şöhrətə qovuşdu və həyatını itirdikdən sonra da bu ün qatlanaraq davam etməkdədir. Müasir dünyanın ən məşhur isminin həyatından bəhs edən yeni "Michael" filmi hazırda həm kassada, həm də musiqi platformalarında əsl fırtına qoparır. Elə ilk həftəsonu gəlirləri ilə büdcəsini demək olar ki, çıxaran film, sənətçinin mahnılarını Spotify-da yenidən zirvəyə daşıdı. Belə ki, onun 13 mahnısı ən çox dinlənən 200 mahnı arasına daxil oldu və aylıq 75 milyon dinləyici ilə ölümündən 17 il sonra öz rekordunu yenilədi. Lakin bütün bu ticari uğurlara və qlobal marağa baxmayaraq, film tənqidçilərlə izləyiciləri kəskin şəkildə qarşı-qarşıya gətirməyi bacarıb.
Tsushima-dan 300 il sonra, Hokkaidō dağlarında başlayan qanlı intikam! Yeni qəhrəman Atsu, 5 fərqli silah və füsunkar samuray estetikası ilə Ghost of Yōtei nə dərəcədə uğurlu etdi?
"Project Hail Mary" filmi həm sosial mediada, həm də kino tənqidçiləri tərəfindən "İnterstellar"dan bəri ona ən çox yaxınlaşan ekran işi kimi təqdim olundu. Bu, həqiqətən də çox böyük və iddialı bir müqayisədir və obyektiv yanaşsaq, film bu ağır iddianın altından tam olaraq qalxa bilmir.
Biz Coş Safdini (Josh Safdie) qardaşı Benni ilə birgə çəkdiyi "Uncut Gems" və "Good Time" kimi insanı gərginlikdən məhv edən, nəfəskəsən filmlərdən tanıyırıq. İndi isə o, kamera arxasında təkdir. Coşun yeni filmi "Marty Supreme" rejissorun o öyrəşdiyimiz xaotik və sürətli üslubunu tam qoruyub saxlayır. Hekayə kənardan 1950-ci illərin Nyu-Yorkundan Londona uzanan bir idman dramı kimi görünsə də, əslində stolüstü tennislə ört-basdır edilmiş bir eqo və şöhrətpərəstlik mübarizəsidir.
İnanc insanın həyatda tutunduğu ən köhnə və ən güclü dayaqlardan biridir. İnsan nəyə inanırsa, dünyaya baxışı da onun üzərində qurulur. Amma inanc nə qədər saf olsa da, onu daşıyan insan olduqda hər şey dəyişir. Çünki insanın olduğu yerdə ego, qorxu və istək də olur.
Həqiqətən də, əlaqə qurmalıydıq?
Paul Thomas Anderson adını eşidəndə artıq müəyyən bir səviyyəni gözləyirik. There Will Be Blood, The Master, Licorice Pizza – bunların hamısı onun fərqli üslubunu və bədii gücünü göstərən filmlərdir. Amma bu dəfə Anderson başqa bir janrda siyasi triller janrında həm də çox böyük büdcə ilə film çəkib.
Level 90
Bu gün üçün bu qədər. Get bir az oyun oyna və dincəl, səni sabah yenə gözləyirik.