Oyun, İcmal3 dəqiqəlik oxu
Bahlul Hasanli

8 ay əvvəl

Death Stranding: On the beach

Death Stranding: On the beach

Həqiqətən də, əlaqə qurmalıydıq?

Hideo Kojima tərəfindən hazırlanan və PlayStation 5 üçün eksklüziv olaraq təqdim edilən Death Stranding 2: On The Beach, ilk oyunun yaratdığı təməlləri daha geniş bir dünyaya və daha dərin hekayəyə daşıyır. Oyunun əsas mövzusu yenə "əlaqə qurmaq" olsa belə, bu dəfə suallar daha mürəkkəbdir: "Həqiqətən də, əlaqə qurmalıydıq?"

Kojima Productions, Death Stranding 2: On the Beach
Kojima Productions, Death Stranding 2: On the Beach

Hekayə və mövzu

Sam Porter Bridges geri dönür, lakin bu dəfəki vəziyyət biraz qəlizdir. Fragile tərəfindən qurulan "Drawbridge" adlı yeni bir qrupun tərkibində fəaliyyət göstərən Sam, UCA (United Cities of America) sərhədlərindən kənara çıxaraq bəşəriyyəti yenidən birləşdirməyə çalışır. Oyunun atmosferi ilk oyuna nisbətən daha rəngli, lakin bir o qədər də sirli və təhlükəlidir.

Oyun bu dəfə yalnız Şimali Amerika ilə məhdudlaşmır. Yeni xəritələr, fərqli iqlim şəraitləri və daha çətin relyef formaları oyunçuları gözləyir.

"Decima Engine" mühərrikinin ən son versiyasından istifadə edilən oyun, vizual detallar və personaj animasiyaları baxımından realistik həddi aşır.

Norman Reedus (Sam) və Léa Seydoux (Fragile) ilə yanaşı, bu dəfə heyətə Elle Fanning və Shioli Kutsuna kimi məşhur adlar da qoşulub.

Ətraf mühit artıq daha canlıdır. Daşqınlar, uçqunlar və digər təbii fəlakətlər gedəcəyiniz yola birbaşa təsir edə bilir.

Kojima Productions, Death Stranding 2: On the Beach
Kojima Productions, Death Stranding 2: On the Beach

"Əlaqə qurmaq" fəlsəfəsinin dəyişməsi

İlk oyun "birləşmək və əlaqə qurmaq" ətrafında qurulmuşdusa, Death Stranding 2 oyunçuya bu sualı verir: "Birləşmək həqiqətən yaxşıdır?"

  • İnsanların bir şəbəkəyə qoşulmasının gətirdiyi mənfi tərəflər və UCA-nın (Amerika Birləşmiş Şəhərləri) hüdudlarından kənara çıxmağın riskləri hekayənin ana xəttini təşkil edir.
  • Oyun Meksika və Avstraliya kimi yeni ərazilərdə keçir, bu da "dünya miqyasında əlaqə" mövzusunu gücləndirir.
    Kojima Productions, Death Stranding 2: On the Beach
    Kojima Productions, Death Stranding 2: On the Beach

Boss savaşları yadda qalan və “super” deyil, lakin oyuna ayrı bir fərqlilik qatdıqları danılmazdır.

Oyunun musiqisi

Oyunun musiqi dünyası bu dəfə məşhur fransız musiqiçi və vizual sənətçi Woodkid-ə həvalə edilib. Bu, oyunun atmosferinə də, ciddi bir təsir göstərib. Oyunun treyleri və bəzi əsas səhnələri Woodkid-in bəstələri ilə müşayiət olunur ki, bu da həm hüznlü, həm də ümidverici bir ruh halı yaradır oynayan oyunçuda.

Woodkid - to the wilder
Woodkid - to the wilder

Son

Death Stranding 2: On the Beach-i sadəcə bir oyun deyil, bənzərsiz və fərqli bir təcrübə kimi xarakterizə etmək olar. Oyun dünyasında öz dəst-xətti ilə seçilən Hideo Kojima, bu layihədə öz dəlisov fəlsəfəsini ən yüksək səviyyədə təqdim edib. Texniki tərəfdən qüsursuz, hekayə baxımından dərin və sənətkarlıq cəhətdən heyranedicidir. Lakin bu oyun hər kəsin bəyənə biləcəyi oyun deyil. Daha çox səbir, həssaslıq və zehni açıqlıq tələb edir. Əgər bu macəraya hazırsınızsa, sizi tamamilə fərqli bir təcrübə gözləyir.

Kojima Productions, Death Stranding 2: On the Beach
Kojima Productions, Death Stranding 2: On the Beach

8.0

Müəllifin balı

Tövsiyə

Oxşar məqalələr

  1. Tim Schafer oyun sənayesində işdən çıxarmaların niyə davam etdiyini başa düşmür: “Görünür ki, haradasa kimsə acgözlük edir”Double Fine Productions-ın qurucusu Tim Schafer oyun sənayesində illərdir davam edən işdən çıxarmaların səbəbini başa düşmədiyini deyib. Onun fikrincə, bunun əsas səbəbi acgözlük ola bilər, amma Schafer bunu qəti səbəb kimi göstərmir.Oyun12 saat əvvəl
  2. Breaking Bad öz izləyicisini necə manipulyasiya edir ?Bu serialda izlədiklərimizi görə bilirikmi ?İcmal4 gün əvvəl
  3. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun6 gün əvvəl
  4. Hideo Kojima-nın PHYSINT oyunu artıq Sony deyil, Xbox tərəfindən yayımlanacaqHideo Kojima-nın Metal Gear Solid seriyasının mənəvi davamçısı kimi təqdim olunan yeni action-cəsusluq oyunu Physint artıq Sony Interactive Entertainment tərəfindən deyil, Xbox ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq və yayımlanacaq.Oyun2 həftə əvvəl