2020-ci ildə Ghost of Tsushima ilə qarşımıza çıxan Sucker Punch, yapon kinematoqrafiyasının (xüsusilə Akira Kurosawa irsinin) estetikasını müasir oyun mexanikası ilə necə birləşdirmək lazımdırsa, onu nümayiş etdirmişdi. Ancaq komanda eyni simanı davam etdirmək əvəzinə tamamilə fərqli bir dövrə və fərqli bir ruha yelkən açmağı seçdi.
Ghost of Tsushima hadisələrindən təxminən 300 il sonra, 1603-cü ildə geçen Ghost of Yōtei, bizi Yaponiyanın uzaq şimalına, bugünkü Hokkaidō adlanan çətin, qarlı və şoqqunluğun sərt qaydalarından uzaq Ezo bölgəsinə aparır. Bu dəfə Jin Sakai-nin şərəf, samuray kodeksləri və el azadlığı uğrunda mübarizəsini deyil, ailəsi öldürülmüş gənc bir qadının, Atsu-nun qanlı intikam hekayəsini yaşayırıq.
"Onryō" – İntikam ruhunun doğuşu
Oyunun mərkəzində genişmiqyaslı işğalın qarşısını almaq kimi milli ideyalar durmur. Yōtei tam mənasıyla şəxsi, qaranlıq və Kill Bill dadında bir intikam hekayəsidir.
Atsu 16 il əvvəl Yōtei dağının ətəklərində ailəsinin gözləri önündə qətlə yetirilməsinə şahid olub. Bu faciənin arxasında duranlar isə "Yōtei Altılısı" adlı qəddar bandit, samuray qrupudur. İllər boyunca döyüş sənətini öyrənən, katanasını qanla itiləyən Atsu, Ezo bölgəsinə geridönüş edir. Məqsədi sadədir: Siyahıdakı 6 nəfəri tək-tək ovlamaq.
Oyunun ən maraqlı tərəflərindən biri, Ezo xalqının gözündə Atsu-nun bir insan deyil, ölüb dirilmiş bir intikam kabusu olan "Onryō" kimi tanınmasıdır. Sizin reputasiyanız artdıqca xəbərdarlıq elanlarındakı siluetinizin daha aydın və qorxunc cizgilərə bürünməsi, kəllə ovçularının ardınızca düşməsi açıq dünyadakı canlılığı mükəmməl hiss etdirir.
5 Fərqli silahın rəqsi
Ghost of Tsushima-da təkcə katana və fərqli döyüş duruşları var idisə, Ghost of Yōtei bu formulası zənginləşdirərək silaha əsaslanan sistemə keçid edib. İntikam siyahınızdakı hər bir hədəfin dalına düşdükcə yeni silah ustaları ilə tanış olur və fərqli silahın kilidini açırsınız:
- Katana: Sürətli, klassik və dəqiq parry mexanikası.
- Kusarigama (Zəncirli oraq): Kütləvi düşmən qruplarına qarşı məsafə idarəetməsi.
- Ōdachi (Nəhəng samuray qılıncı): Ağır zirehli düşmənlərin qalxanını parçalayan yavaş, lakin məhvedici zərbələr.
- Yari (Mızraq): Uzunməsafəli zərbələr və sürətli qarşı-hücumlar.
- Yumruq və gizli bıçaqlar: Səssiz zərərsizləşdirmələr və sıx yaxın döyüş. Katananı mızraq və ya ağır ōdachi ilə əvəzləmək döyüşlərin ritmini tamamən dəyişir. Silahların çəkisi, vuruş hissi və DualSense pultunun verdiyi hərəkət, müqavimət geri birildirişi aksionu inanılmaz dərəcədə əyləncəli edir. Güllə və ya ox ehtiyatının azlığı sizi istər-istəməz bu qanlı kəsilmə rəqsinin bir parçasına çevirir.
Açıq Dünya və atmosfer: Rüzgarın izləri və çöl həyatı
Sucker Punch yenə mini-xəritələrdən, ekranı dolduran oxlardan imtina edib. Bizi mənzilə aparan yeganə bələdçi Təbii külək, qarlı fırtınalar, göydə süzülən quşlar və uçuşan tüstülərdir.
- Sərbəst hədəf seçimi: Siyahınızdakı hekayə hədəflərinə hansı sıramayla gedəcəyinizi oyun tamamilə sizə buraxır. İstədiyiniz bölgəyə gedərək uyğun silahı və bacarığı daha tez aça bilərsiniz.
- Yoldaş kurt: Dünyada səyahət edərkən qarşılaşdığınız dişi qurd ilə qurduğunuz əlaqə, döyüşlərdə sizə kömək edən və düşmən düşərgələrinə sızarkən strategiyanızı dəyişən canlı bir mexanikaya çevrilir.
- Həyat simulyasiyası: Döyüşlərdən kənarda düşərgə salıb tonqal yanında qızınmaq, shamisen (musiqi aləti) çalmaq, təbiət rəsmləri çəkmək kimi "sakit anlar" oyunun temposunu tarazlayır.
Texniki performans və vizual şou
Ezo bölgəsinin qarlı dağları, qırmızı yapraqlarla bəzənmiş meşələri və mistik atmosferi PlayStation 5 gücündən sonuna qədər istifadə edir.
- Performans rejimi: Dəqiq 60 FPS təcrübəsi. Aksionun ən gur yerində belə kadr düşməsi yaşanmır.
- Keyfiyyət və Ray-Tracing rejimi: İşqlandırma, kölgə və xüsusilə daxili məkanlardakı əks olunmalar bir kino kadrı kimi görünür (30 FPS).
- Musiqi və səs: Tradisional yapon alətləri ilə hazırlanmış saundtrek atmosferi o qədər güclü saxlayır ki, Kurosawa rejimini (qara-ağ filtr) açdıqda özünüzü 1960-cı illərin klassik samuray filmində hiss edirsiniz.
Ghost of Yōtei
Zəif tərəfi: Süni İntellekt təkrarı
Ghost of Tsushima-da edilən tənqidlərin bir qismi burada da özünü göstərir. Açıq dünyada düşmən süni intellekti bəzən çox kor və kar kimi aparır özünü. Yanındakı mühafizəçinin oxla vurulmasını görməyən və ya gizlilik anlarında səssizcə ovlanan yoldaşını gec fərq edən NPC-lər gərginliyi bəzən azaldır.
Yekun qərar
Ghost of Yotei, Tsushima-nın qoyduğu uğurlu təməlləri dağıtmadan, onun üstünə daha dərin döyüş sistemləri, daha şəxsi və vurucu bir hekayə və heyranedici visuals əlavə etməyi bacarıb. Atsu-nun bu qanlı, lakin estetik intiqam yolunda, PlayStation 5 nəslinin ən güclü aksion-macəra nümunələrindən biridir.
Müsbət tərəfləri:
- 5 fərqli silah tipi ilə müxtəlifləşdirilmiş, son dərəcə akıcı döyüş sistemi
- Ezo (Hokkaidō) bölgəsinin füsunkar, mini-xəritəsiz açıq dünya dizaynı
- Atsu-nun "Onryō" kimi şöhrət qazanması və intikam hekayəsinin tempi
- Mükəmməl DualSense dəstəyi və PS5 vizual keyfiyyəti
- Yoldaş kurt mexanikası və çöl həyatı detalları
Mənfi tərəfləri
- Gizlilik vəziyyətlərində düşmən süni intellektinin zəiflikləri
- Mərkəzi hekayədən kənar bəzi yan tapşırıqların bir-birini təkrar etməsi




