Film & Serial2 dəqiqəlik oxu
Shahin Asadli

bir ay əvvəl

“The Matrix” niyə yaşıldır ?

“The Matrix” niyə yaşıldır ?

“The Matrix” rənglərin perspektivindən.

"The Matrix" film seriyasında rənglər sadə vizual seçimlərdən ibarət deyil. Wachowskilər rənglərdən reallığı, matrix daxilindəki fərqləri və trilogiyanın fəlsəfi anlayışlarını göstərmək üçün istifadə etmişdilər. İlkin olaraq ən çox diqqət çəkən rəng, şübhəsiz ki, yaşıldır

Yaşıl rəng matrixi və zehni təmsil edir. Matrixdə gördüyümüz dünya əslində real olmadığı üçün bu rəng insanın zehninə ötürülən süni bir reallıq kimi çıxış edir. Buna görə də filmdə matrixin daxilindəki səhnələrdə yaşıl tonlar üstünlük təşkil edir. Hətta ilk filmə diqqətlə baxsaq, səhnələrə sanki yaşıl bir effekt verildiyini də görə bilərik. Bu, həmin dünyanın kompüter tərəfindən yaradıldığını çatdırır.

Matrix rəngi
Matrix rəngi

Yaşıldan sonra ən diqqət çəkən rəng mavidir. Mavi rəng isə real dünyanı təmsil edir. Hovercraftların içi, keçdikləri tunellər və Ziondakı əsas liman kimi real dünyaya aid məkanlarda mavi və soyuq tonlardan istifadə olunur. Bununla, film bizə səhnəni dialoqla açıqlamadan hansı dünyanın içində olduğumuzu çatdırır.

Maraqlı detal isə Agent Smith-dir. İlk filmdə Smith-in kostyumu yaşıl tonlardadır. Çünki o, hələ matrixin bir hissəsidir. İkinci filmdə isə Smith artıq sistem tərəfindən idarə olunan adi agent yox, öz iradəsi ilə hərəkət edən, sistemdən kənara çıxmış bir proqramdır. Buna görə onun geyimindəki yaşıl tonlar yox olaraq qara rəng ön plana çıxır.

Gerçəkliklər arası rəng fərqləri
Gerçəkliklər arası rəng fərqləri

İkinci filmdə sarı rəng xüsusi məna daşıyır. Sarı rəng azad iradə ilə əlaqələndirilir. Neo artıq Matrixin qaydalarını əvvəlki kimi qəbul etmir və öz iradəsi ilə hərəkət etməyə başlayır.

Neo sarı reallıqda
Neo sarı reallıqda

Seraphın Matrix daxilində sarı tonlarla göstərilməsi də təsadüfi deyil. O, Matrix tərəfindən yaradılmayan və öz məqsədi olan bir proqramdır.

Seraph-ın kodları
Seraph-ın kodları

Bəs qırmızı rəng?Qırmızı rəng daha çox təhlükə, qarşıdurma və sistemə qarşı çıxmaq anlayışını ifadə edir. Robotların gözlərində, insan tarlalarındakı inkubatorlarda və üçüncü filmdə Merovingian ilə Persephone-un geyimlərində qırmızı rəngi görürük.Morpheusun ikinci filmin əvvəlində həbs edildiyi səhnədə qırmızı geyimdə olması da diqqət çəkir. Eyni şəkildə, Commander Lock-a qarşı çıxan və Morpheusun arxasınca gedən kapitanların şura iclasında qırmızı geyimdə görünməsi onların sistem daxilindəki qarşıdurmasını vurğulayır.

Merovingian və Persephone
Merovingian və Persephone

Yəni "Matrix"də rənglər sadəcə dekorasiya deyil. Yaşıl-süni reallıq və zehin, mavi-reallıq, sarı-azad iradə, qırmızı isə təhlükə və qarşıdurma kimi çıxış edir.Filmə bu bucaq altında yenidən baxanda isə bir çox səhnənin əvvəlkindən fərqli göründüyünü hiss etmək mümkündür.

Tövsiyə

Oxşar məqalələr

  1. Breaking Bad öz izləyicisini necə manipulyasiya edir ?Bu serialda izlədiklərimizi görə bilirikmi ?İcmal1 həftə əvvəl
  2. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun1 həftə əvvəl
  3. Xaç Atası nə üçün ən səssiz film trilogiyasıdır ?Xaç Atası-da sükutun səsi.Film & Serial3 həftə əvvəl
  4. Niyə bu filmə məhz 31 Avqust baxmalısan?Sabah 31 avqustdur. Yayın son günü, payızın gəlişi. Təqvimin bu səhifəsi həm də nələrinsə birdəfəlik bitməsini, keçib gedən zamanın ağırlığını xatırladır. Əgər hələ də izləməmisinizsə, Joachim Trier 2011-ci ildə çəkdiyi “Oslo, August 31st” filminə baxmaq, ya da onu yenidən xatırlamaq üçün bundan daha mükəmməl bir tarix ola bilməz.İcmal4 həftə əvvəl