THE DOXSANDOQQUZ

99

Film & Serial2 dəqiqəlik oxu
Araz Aydın

bir saat əvvəl

14 illik kult kriminal triller filminin davam filmi yoldadır.

14 illik kult kriminal triller filminin davam filmi yoldadır.

14 il əvvəl kinoteatrlarda böyük səs-küy salan kult kriminal triller davam filmi ilə böyük ekranlara qayıdır. Yeni layihənin arxasında isə gənc ulduz Bella Torn dayanır.

Rejissor Harmony Korine imzasını daşıyan "Spring Breakers" ("Bahar tətili") kriminal filmi təxminən 14 ildən sonra yeni ekran işi ilə geri dönməyə hazırlaşır. Əvvəllər layihənin aktyor heyətində yer alacağı açıqlanan Bella Thorne, filmin həm ssenarisini qələmə aldığını, həm də rejissorluq missiyasını öz üzərinə götürdüyünü rəsmi olaraq bildirib.

"Gummo""Trash Humpers" kimi filmləri ilə diqqət çəkən rejissor Harmony Korine, son illərdə tamamilə termal kameralarla çəkilmiş "Aggro Dr1ft" və cinayətkarların üzlərini süni intellekt vasitəsilə körpə simaları ilə əvəzləyən "Baby Invasion" layihələri ilə kino aləmində böyük müzakirələrə səbəb olmuşdu.

Koriene-in çəkib, ərsəyə gətirdiyi "Spring Breakers", bahar tətildə olan bir qrup kollec tələbəsinin gözlənilmədən özlərini təhlükəli cinayət aləminin mərkəzində tapmasından bəhs edir.

Orijinal film dünya üzrə 31,7 milyon dollar gəlir əldə edərək Harmony Korine-in karyerasında ən çox gəlir gətirən ekran işinə çevrilmişdi.

O vaxtkı Disney ulduzları Selena Gomez və Vanessa Hudgens bu filmdə karyeralarının ən yetkin və cəsarətli rollarını canlandırmışdılar. Heyətdə həmçinin Ashley Benson, Rachel Korine və James Franco yer alırdı.

Spring Breakers
Spring Breakers

James Franco-un canlandırdığı və gənc qızları təhlükəli cinayət dünyasına çəkən "Alien" təxəllüslü narkotik alverçisi bu filmin ən çox xatırlanan obrazlarından birinə çevrilmişdi.

Disney ulduzlarını Korine-in ziddiyyətli kino dili ilə birləşdirən film neon estetikası və pop-mədəniyyətə fərqli baxışı sayəsində zamanla kult statusu qazandı. Nümayişə girdiyi dövrdə tamaşaçıları iki cəbhəyə ayıran layihə filmsevərlərin yaddaşına həkk olunmağı bacardı.

lk filmin süjet xətti birbaşa davam filmini tələb etməsə də, yeni bir "Spring Breakers" layihəsi ilk dəfə 2025-ci ildə anons edilmişdi. İlkin planlara görə, layihə orijinal filmdən tamamilə fərqli aktyor və yaradıcı heyətlə hazırlanırdı.

Spring Breakers
Spring Breakers

Aktrisa kimi heyətə cəlb edilən Bella Thorne "Call Her Daddy" podkastında verdiyi açıqlamada layihənin gedişatını tamamilə dəyişdirdiyini bildirib. Thorne, son zamanlar tamamladığı "Color Your Hurt" filminin ilkin montaj versiyasını izləyən prodüserlərin ondan yeni film üçün ssenari yazmasını istədiklərini vurğulayıb. Təqdim etdiyi ssenarinin prodüserlər tərəfindən böyük sevinc ilə qarşılandığını deyən Thorne, artıq "Spring Breakers 2" filmini həm yazdığını, həm də idarə edəcəyini təsdiqləyib.

"Yeni film başdan sona qədər dəlisov bir əyləncə və yüksək tempdə olacaq. Bizim əsas məqsədimiz kinoteatra gələn tamaşaçılara unudulmaz və maraqlı bir əyləncə bəxş etməkdir."

Bella Thorne

Daha əvvəl Grace Van Dien, Ariel Martin və True Whitaker də Thorne ilə birlikdə rola çəkiləcəyi açıqlanmışdı. Lakin layihənin yeni yaradıcı istiqamətindən sonra bu adların heyətdə qalıb-qalmayacağı indilik naməlumdur.

Filmin kinoteatrlarda nümayiş tarixi hələlik rəsmi şəkildə bəyan olunmayıb.