AI, Film & Serial2 dəqiqəlik oxu
Araz Aydın

bir ay əvvəl

2 Milyon dollar büdcə ilə ərsəyə gələn ilk AI filmi: "The Cully Hill Boys"

2 Milyon dollar büdcə ilə ərsəyə gələn ilk AI filmi: "The Cully Hill Boys"

Higgsfield AI 110 dəqiqəlik ilk tammetrajlı bədii AI filmi "The Cully Hill Boys"u təqdim etdi. 2 milyon dollar büdcə, real ulduzların rəqəmsal avatarları və 100% open-source prompt-larla ərsəyə gələn bu layihə kino sənayesində yeni bir dövrün başlanğıcı ola bilər.

Süni intellektin kino sənayesindəki rolu indiyədək daha çox qısametrajlı təcrübələr, konsept videoları və ya vizual effektlərin sürətləndirilməsi ilə məhdudlaşırdı. Lakin Higgsfield AI-ın son təqdimatı bu mənzərəni tamamilə dəyişir. Komanda 110 dəqiqəlik (1 saat 50 dəqiqə) davam etmə müddəti olan və real tanınmış simaların rəqəmsal modelləşdirmələri ilə hazırlanan "The Cully Hill Boys" filmini izləyicilərə təqdim edib.

Layihə xüsusilə iki əsas nüansla diqqət çəkir: büdcə və istifadə olunan personajlar. Hollivudda orta səviyyəli bir filmin istehsalı on milyonlarla dollar tələb etdiyi halda, bu layihə cəmi 2 milyon dollara başa gəlib. Əsas heyətdə isə uydurma personajlar əvəzinə internet mühitinin və döyüş idmanının tanıdığı simalar yer alır. UFC çempionları Israel Adesanya və Quinton "Rampage" Jackson ilə yanaşı, streamer N3on və kontent yaradıcısı Sneako filmin rəqəmsal aktyor heyətini formalaşdırır.

The Cully Hill Boys
The Cully Hill Boys

Filmin texniki tərəfi Higgsfield platformasının xüsusi olaraq kinematoqrafiya üçün inkişaf etdirdiyi Seedance modelinə əsaslanır. Generativ videolarda ən çox qarşılaşlan problemlərdən biri, kadrdan-kadra keçdikcə personajların və mühitin vizual ardıcıllığının pozulmasıdır. Burada xüsusi mühəndisliklə bu problem minimuma endirilib. 110 dəqiqə boyunca vahid vizual dili və personaj sabitliyini qorumaq texniki baxımdan ciddi bir sınaqdır.

The Cully Hill Boys
The Cully Hill Boys

Higgsfield-in atdığı ən maraqlı və cəsarətli addım isə layihəni 100% open-source etməsi oldu. Film üçün yazılmış bütün prompt-lar, səhnə strukturlaşdırmaları və istifadə edilən bütün asset-lər platformada açıq şəkildə paylaşılıb. Bu da o deməkdir ki, gələcəkdə AI ilə kino çəkmək istəyən istənilən rejissor və ya yaradıcı insan bu materiallardan birbaşa texniki dərslik kimi istifadə edə bilər.

The Cully Hill Boys
The Cully Hill Boys

Nəticə etibarilə, "The Cully Hill Boys" təkcə bir texniki nümayiş deyil, həm də gələcək kino istehsalının nə dərəcədə əlçatan olacağına dair aydın bir siqnaldır. Yeni kino sahəsinə daxil olan studiyaların və kiçik komandaların böyük büdcəli layihələrlə rəqabət apara biləcəyi dövr artıq bir addımlığımızdadır.

The Cully Hill Boys
The Cully Hill Boys

Tövsiyə

Oxşar məqalələr

  1. Breaking Bad öz izləyicisini necə manipulyasiya edir ?Bu serialda izlədiklərimizi görə bilirikmi ?İcmal1 həftə əvvəl
  2. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun2 həftə əvvəl
  3. Xaç Atası nə üçün ən səssiz film trilogiyasıdır ?Xaç Atası-da sükutun səsi.Film & Serial3 həftə əvvəl
  4. Niyə bu filmə məhz 31 Avqust baxmalısan?Sabah 31 avqustdur. Yayın son günü, payızın gəlişi. Təqvimin bu səhifəsi həm də nələrinsə birdəfəlik bitməsini, keçib gedən zamanın ağırlığını xatırladır. Əgər hələ də izləməmisinizsə, Joachim Trier 2011-ci ildə çəkdiyi “Oslo, August 31st” filminə baxmaq, ya da onu yenidən xatırlamaq üçün bundan daha mükəmməl bir tarix ola bilməz.İcmal4 həftə əvvəl