Oyun2 dəqiqəlik oxu
Bahlul Hasanli

8 ay əvvəl

Fable haqqında öyrəndiyimiz bütün yeni detallar!

Fable haqqında öyrəndiyimiz bütün yeni detallar!

Gerçək açıq dünyaya hazır olun.

Yaradıcı heyətə görə, oyunçular xəritədə demək olar ki, heç vaxt "ora gedə bilməzsən" xəbərdarlığı ilə qarşılaşmayacaqlar. Komanda, "Hara getmək istəyirsənsə, get. Necə bir qəhrəman olmaq istəyirsənsə, elə ol," deyir.

  • Fable seriyasında ilk dəfə olaraq öz personajımızı vizual cəhətdən fərdiləşdirə biləcəyik. İndiyə qədər yayımlanan treylerlərdə həmişə eyni qızı görürdük, hətta bu qızın görünüşü bəzi mənasız tənqidlərə də hədəf olmuşdu. Bu nümayişdə isə sürprizi lap əvvəldən göstərdilər, çünki sadəcə kişi və ya qadın arasında seçim etməklə kifayətlənmiyəcək, daha geniş seçimlərə də sahib olacağıq. Təbii ki, burada bəzi oyunlarda gördüyümüz kimi personajın ən xırda detallarına qədər tənzimləyə bildiyimiz miqyasda bir personaj yaratma ekranı gözləmək lazım deyil. Dəyişdirə biləcəyimiz detallar personajın başı, geyimləri, saçı, dəri rəngi, döymələri və yaraları olaraq açıqlandı. Bunlara əlavə olaraq dəyişdirə biləcəyimiz hissələr varsa, onları da oyun çıxanda görəcəyik.

    Playground Games, Fable
    Playground Games, Fable

  • Bundan əlavə, əlbəttə ki, qəhrəmanımızı oyun tərzi baxımından da, dəyişikliklər etməyimiz mümkün olacaq. Yaxın döyüş, silahlar və sehirli güclər arasında istədiyimiz kimi keçid edə biləcəyimiz elastik bir sistem təqdim edilib. Yəni "saf döyüşçü" və ya "tamamilə sehrbaz" qəliblərinə sıxışmaq məcburiyyətində deyilik.

    Playground Games, Fable
    Playground Games, Fable

  • Playground Games, Fable-ın sadəcə tapşırıqdan tapşırığa qaçılan bir RYO (Rol Oyunu) olmayacağını xüsusilə vurğulayır. Əsas hekayə və döyüşlərin yanında yan işlər, romantik münasibət seçimləri, ev sahibi olmaq, NPC-lərlə söhbət etmək kimi seriyanın ruhuna çox yaraşan fəaliyyətlər də oyunun vacib bir hissəsi olacaq.

    Playground Games, Fable
    Playground Games, Fable

Etdiyimiz bəzi şeylər oyunun dünyasını qalıcı olaraq dəyişdirəcək. Məsələn, bir əvvəlki treylerdə gördüyümüz div hekayəsi bunlardan biridir. "IT Crowd"-dakı Moss rolu ilə tanıdığımız Richard Ayoade-nin canlandırdığı div ölərsə ayrı, sağ qalarsa dünyada ayrı təsiri olacaq. Öldüyü təqdirdə cəsədi oyunun sonuna qədər ortalıqda qalacaq, ətrafındakı evlərin dəyəri düşəcək və s. Playground çox maraqlı bir yanaşma mənimsəyib.

2026-cı ilin Payız aylarına qədər hələ uzun bir gözləyişimiz var, amma görünən odur ki, Albiona qayıdış buna artıqlaması ilə dəyəcək.

Tövsiyə

Oxşar məqalələr

  1. Tim Schafer oyun sənayesində işdən çıxarmaların niyə davam etdiyini başa düşmür: “Görünür ki, haradasa kimsə acgözlük edir”Double Fine Productions-ın qurucusu Tim Schafer oyun sənayesində illərdir davam edən işdən çıxarmaların səbəbini başa düşmədiyini deyib. Onun fikrincə, bunun əsas səbəbi acgözlük ola bilər, amma Schafer bunu qəti səbəb kimi göstərmir.Oyun12 saat əvvəl
  2. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun6 gün əvvəl
  3. Hideo Kojima-nın PHYSINT oyunu artıq Sony deyil, Xbox tərəfindən yayımlanacaqHideo Kojima-nın Metal Gear Solid seriyasının mənəvi davamçısı kimi təqdim olunan yeni action-cəsusluq oyunu Physint artıq Sony Interactive Entertainment tərəfindən deyil, Xbox ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq və yayımlanacaq.Oyun2 həftə əvvəl
  4. Gamescom sürprizi 21 indie oyunGamescom 2026-da oynadığım 21 indie oyun: Bəziləri təəccübləndirdi, bəziləri isə yoxOyun3 həftə əvvəl