Sosial media, Oyun2 dəqiqəlik oxu
Bahlul Hasanli

7 ay əvvəl

Ceffri Epşteyn Xbox Live-dan "Permaban" edilibmiş.

Ceffri Epşteyn Xbox Live-dan "Permaban" edilibmiş.

Yeni sənədlərdə Xbox bildirişi üzə çıxdı.

Son günlər internetin gündəmini zəbt edən yeganə mövzu, şübhəsiz ki, Epşteyn sənədləridir. Qaranlıq faktların və siyahıların arasında oyun dünyasını maraqlandıran gözlənilməz bir detal da üzə çıxdı.

Oyun nəhənglərinin ortaq qərarı

Hər şey 2012-ci ildə başladı. Xbox, Sony və Blizzard kimi sənaye nəhəngləri, Nyu-York ştatı rəhbərliyi ilə əməkdaşlıq edərək ortaq bir təşəbbüsə imza atdılar. Məqsəd, qeydiyyatda olan cinsi cinayətkarların onlayn platformalardan tamamilə uzaqlaşdırılması idi. Məlum olur ki, bu "təmizlik" işi Ceffri Epşteynin (Jeffrey Epstein) də qapısını döyüb.

Xbox Live
Xbox Live

Epşteynin e-poçt qutusundakı sürpriz

Yayımlanan sənədlər arasında birbaşa Epşteynin e-poçt ünvanına Xbox-dan göndərilmiş bir neçə bildiriş aşkar edilib.

  • Birinci bildiriş: Epşteynin platformadan "permaban" (ömürlük qadağa) aldığını təsdiqləyir. Qeydiyyatda olan cinsi cinayətkar statusuna görə o, 2013-cü ildə Xbox Live şəbəkəsindən qovulub.
  • İkinci bildiriş: Qərarın hüquqi əsaslarını daha detallı izah edir. Göndərilən məktubda deyilir:

    Bu tədbir, Nyu-York Baş Prokurorluğunun Microsoft və digər onlayn oyun şirkətləri ilə qurduğu əməkdaşlığa əsaslanır. Məqsəd, Nyu-Yorkda qeydiyyatda olan cinsi cinayətkarları onlayn oyun xidmətlərindən uzaqlaşdırmaqla, başda uşaqlar olmaqla digər istifadəçilər üçün riskləri minimuma endirməkdir.

    Nəticə etibarilə, bu e-poçt ünvanı ilə əlaqəli heç bir Xbox LIVE hesabı sistemə daxil ola bilməyəcək.

Xbox Live
Xbox Live

Keçmiş Rəhbərdən Reaksiya

Bu sənədlərin üzə çıxmasından sonra Xbox Live-ın keçmiş rəhbəri Larri Hrib səssiz qalmayıb. O, "BlueSky" sosial şəbəkəsində paylaşım edərək, illər öncə atdıqları bu addıma görə keçmiş komandasını təbrik edib.

BlueSky - social network
BlueSky - social network

Tövsiyə

Oxşar məqalələr

  1. Tim Schafer oyun sənayesində işdən çıxarmaların niyə davam etdiyini başa düşmür: “Görünür ki, haradasa kimsə acgözlük edir”Double Fine Productions-ın qurucusu Tim Schafer oyun sənayesində illərdir davam edən işdən çıxarmaların səbəbini başa düşmədiyini deyib. Onun fikrincə, bunun əsas səbəbi acgözlük ola bilər, amma Schafer bunu qəti səbəb kimi göstərmir.Oyun12 saat əvvəl
  2. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun6 gün əvvəl
  3. Hideo Kojima-nın PHYSINT oyunu artıq Sony deyil, Xbox tərəfindən yayımlanacaqHideo Kojima-nın Metal Gear Solid seriyasının mənəvi davamçısı kimi təqdim olunan yeni action-cəsusluq oyunu Physint artıq Sony Interactive Entertainment tərəfindən deyil, Xbox ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq və yayımlanacaq.Oyun2 həftə əvvəl
  4. Gamescom sürprizi 21 indie oyunGamescom 2026-da oynadığım 21 indie oyun: Bəziləri təəccübləndirdi, bəziləri isə yoxOyun3 həftə əvvəl