Oyun1 dəqiqəlik oxu
Bahlul Hasanli

7 ay əvvəl

Sony "Bluepoint" video oyun studiyasını bağlayır.

Sony "Bluepoint" video oyun studiyasını bağlayır.

PlayStation-ın bu oyun şirkəti daha əvvəllər "Demon's Souls" kimi oyunların remeyklərini hazırlamışdı.

Sony Group Corp., "Demon's Souls" kimi video oyunların remeyklərini hazırlaması ilə tanınan PlayStation-ın oyun şirkəti "Bluepoint Games"-i bağlayır.

Sony Interactive Entertainment CEO-su Hermen Hulst verdiyi açıqlamaya görə, studiyanın bağlanması nəticəsində təxminən 70 işçi işini itirəcək. O qeyd edib ki, bu qərar "son biznes yoxlamasından" sonra qəbul edilib. Bluepoint gələn ay rəsmən fəaliyyətini dayandıracaq.

Hermen Hulst əlavə edib: "Bluepoint Games inanılmaz dərəcədə istedadlı bir komandadır və onların texniki təcrübəsi PlayStation icmasına müstəsna təcrübələr bəxş edib. Onlara ehtirasları, yaradıcılıqları və sənətkarlıqları üçün təşəkkür edirik."

Sony, Bluepoint Games
Sony, Bluepoint Games

2006-cı ildə qurulan və mərkəzi Ostində (Austin) yerləşən studiya, "Uncharted" və "Shadow of the Colossus" kimi köhnə oyunların müasir platformalar üçün yüksək keyfiyyətli remeyklərini hazırlaması ilə tanınırdı. Sony "Bluepoint"-i 2021-ci ildə, "Demon's Souls"-un PlayStation 5-də uğurlu buraxılışından qısa müddət sonra satın almış və 2022-ci ildə çıxan "God of War Ragnarok" oyununu PC üçün portlamışdılar.

Bundan daha öncə Bluepoint "live-service" formatında bir "God of War" oyunu üzərində işləməyə başlamışdı. Lakin bu layihə 2025-ci ilin yanvar ayında ləğv edildi. Həmin vaxt PlayStation, studiyanın növbəti layihəsini müəyyənləşdirmək üçün Bluepoint ilə birlikdə işlədiyini bildirmişdi. Amma görünən odur ki, görüşlər uğursuz olmuş və studiyanın bağlanması qərarı verilmişdir.

Tövsiyə

Oxşar məqalələr

  1. Tim Schafer oyun sənayesində işdən çıxarmaların niyə davam etdiyini başa düşmür: “Görünür ki, haradasa kimsə acgözlük edir”Double Fine Productions-ın qurucusu Tim Schafer oyun sənayesində illərdir davam edən işdən çıxarmaların səbəbini başa düşmədiyini deyib. Onun fikrincə, bunun əsas səbəbi acgözlük ola bilər, amma Schafer bunu qəti səbəb kimi göstərmir.Oyun12 saat əvvəl
  2. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun6 gün əvvəl
  3. Hideo Kojima-nın PHYSINT oyunu artıq Sony deyil, Xbox tərəfindən yayımlanacaqHideo Kojima-nın Metal Gear Solid seriyasının mənəvi davamçısı kimi təqdim olunan yeni action-cəsusluq oyunu Physint artıq Sony Interactive Entertainment tərəfindən deyil, Xbox ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq və yayımlanacaq.Oyun2 həftə əvvəl
  4. Gamescom sürprizi 21 indie oyunGamescom 2026-da oynadığım 21 indie oyun: Bəziləri təəccübləndirdi, bəziləri isə yoxOyun3 həftə əvvəl