Oyun, Sosial media2 dəqiqəlik oxu
Bahlul Hasanli

3 ay əvvəl

Sony 2028-ci ildən etibarən PlayStation oyunlarında tamamilə rəqəmsal formata keçir.

Sony 2028-ci ildən etibarən PlayStation oyunlarında tamamilə rəqəmsal formata keçir.

Fiziki oyun diskləri tarixə qovuşur. Yaxın gələcəkdə yeni PlayStation oyunları yalnız rəqəmsal kodlar şəklində satılacaq.

Zaman çox sürətlə keçir və texnologiyanın inkişafı bizi köhnə vərdişlərimizdən imtina etməyə məcbur edir. Bəzən bu dəyişikliklərə qarşı çıxmağa çalışsaq da, reallıqla barışmaqdan başqa çarəmiz qalmır. Oyunların fiziki nüsxələrini almaq da məhz belə bir vərdişdir. Bəziləri üçün bu nostalji hissdir, bəziləri üçün isə rəqəmsal platformalarda oyunu almaq yox, sadəcə kirayələmək hissinə qarşı bir növ müdafiə mexanizmidir. Səbəbindən asılı olmayaraq, hələ də qutulu oyunlara üstünlük verən böyük bir kütlə var. Lakin görünən odur ki, bu ənənənin də sonuna yaxınlaşırıq.

Bir müddət əvvəl "GTA VI" oyununun qutulu versiyasında disk olmayacağı və qutunun içindən sadəcə rəqəmsal yükləmə kodunun çıxacağı açıqlananda bir çox geymer haqlı olaraq buna kəskin reaksiya vermişdi. Amma şirkətlərin bu narazılıqları çox da nəzərə almadığı artıq sirr deyil. Bənzər və daha böyük bir addım isə Sony tərəfindən gəldi.

Rockstart Games. Grand Theft Auto VI
Rockstart Games. Grand Theft Auto VI

Rəsmi "PlayStation Blog" səhifəsində yayımlanan açıqlamaya görə, 2028-ci ilin yanvar ayından etibarən yeni PlayStation oyunlarının fiziki versiyaları istehsal edilməyəcək. Mətndə qeyd olunur ki, istifadəçi seçimlərinin və əyləncə sənayesinin rəqəmsal formata doğru meyllənməsi səbəbindən yeni oyunlar yalnız PS Store platformasında və pərakəndə satış mağazalarında rəqəmsal formatda satılacaq. Təsəlli verici yeganə məqam odur ki, bu keçid 2028-ci ilin yanvarına qədər disk formatında çıxan oyunlara təsir etməyəcək.

Sony rəhbərliyi bu addımı rəqəmsal mediyaya olan tələbatın fiziki diskləri geridə qoyması ilə əsaslandırır. Şirkətin son maliyyə hesabatları da bunu təsdiqləyir. Belə ki, oyun satışlarının təxminən 85 faizi məhz rəqəmsal alışların payına düşür. Bu rəqəmlər fonunda fiziki versiyalardan imtina etmək Sony üçün olduqca məntiqli bir gəlir strategiyası kimi görünür.

Bütün bu yeniliklərə baxmayaraq, rəqəmsal oyunların bir gün əlçatmaz hala gəlməsi bir çox oyunçunun ən böyük kabusudur. İstifadəçilər bu qorxularında heç də haqsız deyillər. Yaxın keçmişdə bunun bir çox acı nümunəsini görmüşük.

Elə Sony şirkətinin öz təcrübəsində istifadəçilərin pulla aldıqları filmlərin qəfildən kitabxanalarından silinməsi halı yaşanmışdı. Həmçinin yaxın aylarda PS3 və PS Vita üçün rəqəmsal oyun satışlarının dayandırılacağı barədə verilən qərarlar da bu narahatlıqları daha da artırır. Pulla alınan rəqəmsal məhsulun gələcəkdə provayderin qərarı ilə yoxa çıxma ehtimalı böyük bir riskdir. Lakin görünən odur ki, oyunçuların bu narahatlıqları nəhəng şirkətlər üçün o qədər də əhəmiyyət kəsb etmir.

Nəticə etibarilə oyun sənayesində daha bir dövr qapanır. Fiziki oyun disklərini almaq və onları rəflərdə düzmək ənənəsi yavaş-yavaş yalnız şirin bir xatirəyə çevrilir.

Tövsiyə

Oxşar məqalələr

  1. Tim Schafer oyun sənayesində işdən çıxarmaların niyə davam etdiyini başa düşə bilmir: “Görünür ki, haradasa kimsə acgözlük edir”Double Fine Productions-ın qurucusu Tim Schafer oyun sənayesində illərdir davam edən işdən çıxarmaların səbəbini başa düşmədiyini deyib. Onun fikrincə, bunun əsas səbəbi acgözlük ola bilər, amma Schafer bunu qəti səbəb kimi göstərmir.Oyun6 gün əvvəl
  2. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun1 həftə əvvəl
  3. Hideo Kojima-nın PHYSINT oyunu artıq Sony deyil, Xbox tərəfindən yayımlanacaqHideo Kojima-nın Metal Gear Solid seriyasının mənəvi davamçısı kimi təqdim olunan yeni action-cəsusluq oyunu Physint artıq Sony Interactive Entertainment tərəfindən deyil, Xbox ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq və yayımlanacaq.Oyun2 həftə əvvəl
  4. Gamescom sürprizi 21 indie oyunGamescom 2026-da oynadığım 21 indie oyun: Bəziləri təəccübləndirdi, bəziləri isə yoxOyun4 həftə əvvəl