THE DOXSANDOQQUZ

99

2 dəq oxuma vaxtı

"PlayStation Studios" rəhbəri: Sony artıq birnəfərlik oyunlarını PC platformasına gətirməyəcək.

Hermen Hulst bu gün baş tutan ümumi işçi yığıncağında hekayə əsaslı birnəfərlik oyunların bundan sonra yalnız "PlayStation" üçün eksklüziv olacağını bildirib.

Bəhlul Həsənli

2 həftə əvvəl

Bu ilin əvvəlində Sony-nin "PlayStation 5" eksklüzivlərini PC platformasında yayımlamaqdan geri çəkiləcəyi ilə bağlı yayılan şayiələrin ardınca, "PlayStation Studios" rəhbəri Hermen Hulstun işçilərə "PlayStation"ın hekayəli birnəfərlik oyunlarının yalnız öz konsollarına məxsus qalacağını söylədiyi bildirilir.

Naughty Dog. The Last of Us
Naughty Dog. The Last of Us

Şirkətin planları ilə yaxından tanış olan mənbələr hələ mart ayında "Bloomberg" nəşrinə PS5 oyunlarının PC platformasında yaxşı satılmadığını qeyd edərək, pc portlarının "konsolun brendinə zərər vermə riski daşıdığını və PS5 ilə onun gələcəkdəki oyunlarının satışlarına mənfi təsir göstərə biləcəyini" vurğulamışdılar.

İndi isə "Bloomberg"dən Ceyson Şrayerin (Jason Schreier) sözlərinə görə: "PlayStation" studiya biznesinin icraçı direktoru Hermen Hulst bazar ertəsi səhər saatlarında keçirilən ümumi yığıncaqda işçilərə şirkətin hekayə tərəfli birnəfərlik oyunlarının bundan sonra "PlayStation" eksklüzivi olacağını bildirdi və bununla da "Bloomberg"in bu ilin əvvəlində yayımladığı xəbəri rəsmi olaraq təsdiqlədi.

Xatırladaq ki, Sony 2020-ci ildən etibarən "God of War""The Last of Us" da daxil olmaqla, bir sıra nəhəng franşizalarını "Steam" vasitəsilə PC-də yayımlamağa başlamışdı. 2024-cü ildə PC üçün yayımlanan "Ghost of Tsushima: Director's Cut" isə PS interfeysi vasitəsilə kuboklar ("trophies"), PSN profilləri və dostlar siyahısı daxil olmaqla müxtəlif funksiyalardan istifadə edən ilk "PlayStation" oyunu kimi tarixə keçmişdi. Lakin 2024-cü ildə "Helldivers 2" oyununun PC portu üçün tələb olunan məcburi PSN bağlantısına oyunçular tərəfindən ciddi etirazlar yaranmış və sonradan Sony bu tələbini geri götürmək məcburiyyətində qalmışdı.