Bir saatdan çox davam edəcək tədbirdə yeni çıxacaq digər PS5 oyunları haqqında xəbərlər və yeniliklərlə yanaşı, uzun müddətdir gözlənilən "Marvel's Wolverine" oyununa aid yeniliklər paylaşılacaq.
Canlı yayım “Britaniya Yay Vaxtı” ilə saat 22:00-da, digər regionlarda isə aşağıdakı saatlarda başlayacaq:
- PT: 14:00
- ET: 17:00
- CEST: 23:00
- JST: 3 iyun, 06:00 "Marvel's Wolverine"in 15 sentyabr 2026-cı ildə işıq üzü görəcəyi təsdiqlənib. Bu, "Marvel’s Spider-Man" və "Ratchet and Clank" kimi layihələrin yaradıcısı olan "Insomniac Games" studiyasının növbəti oyunudur.
Keçən gün Hermen Hulstun birnəfərlik (“single-player”) PlayStation oyunlarının artıq PC platformasına gətirilməyəcəyi ilə bağlı açıqlamasından sonra, çox güman ki, Marvel's Wolverine də PC platforması üçün çıxmayacaq.
"Marvel Tokon: Fighting Souls" oyununun da bu nümayişdə yer alması ehtimal olunur, çünki onun buraxılışı tədbirdən cəmi dörd gün sonraya planlaşdırılıb.