Oyun, Retro1 dəqiqəlik oxu
Bahlul Hasanli

8 ay əvvəl

"Epilogue" şirkəti "SN Operator" adlı yeni qurğusunu təqdim etdi.

"Epilogue" şirkəti "SN Operator" adlı yeni qurğusunu təqdim etdi.

Super Nintendo kasetlərini PC-də oynamaq indi daha asandır.

"SN Operator" adlı yeni qurğu istifadəçilərə orijinal Super Nintendo (SNES) və Super Famicom kasetlərini birbaşa kompüterdə oynamağa imkan yaradır. Şirkətin daha əvvəl buraxdığı və böyük rəğbət qazanan "GB Operator" (Game Boy kasetləri üçün olan versiya) cihazının uğurundan sonra hazırlanan bu yeni model, retro oyun həvəskarları üçün nəzərdə tutulub.

SN Operator
SN Operator

Cihaz USB-C vasitəsilə PC, Mac və ya Linux əməliyyat sistemli kompüterlərə qoşulur. Epilogue-un şəxsi proqram təminatı sayəsində istifadəçilər kasetdəki oyunu heç bir əlavə quraşdırmaya ehtiyac olmadan işə sala bilərlər. Bu sistemin ən böyük üstünlüklərindən biri odur ki, o, kasetin içindəki oyunun yaddaşını (save file) oxuya və redaktə edə bilir. Beləliklə, oyunçular illər əvvəl kasetdə qaldıqları yerdən pc-də davam edə biləcəklər. Hətta pc-dəki misya irəlləyişlərini kasetin yaddaşına köçürə biləcəklər.

SN Operator
SN Operator

Bundan əlavə, “SN Operator” kasetlərin orijinal olub-olmadığını yoxlamaq qabiliyyətinə malikdir ki, bu da kolleksiyaçılar üçün vacib funksiyadır. Cihaz həmçinin Super Game Boy adapterini də dəstəkləyir, yəni bu adapter vasitəsilə Game Boy oyunlarını da oynamaq mümkündür. 95 dollar qiymətində olan cihaz hazırda ön sifarişə açılıb və 2025-ci ilin payız aylarında sifarişçilərə göndərilməyə başlanacağı gözlənilir.

SN Operator
SN Operator

Tövsiyə

Oxşar məqalələr

  1. Tim Schafer oyun sənayesində işdən çıxarmaların niyə davam etdiyini başa düşmür: “Görünür ki, haradasa kimsə acgözlük edir”Double Fine Productions-ın qurucusu Tim Schafer oyun sənayesində illərdir davam edən işdən çıxarmaların səbəbini başa düşmədiyini deyib. Onun fikrincə, bunun əsas səbəbi acgözlük ola bilər, amma Schafer bunu qəti səbəb kimi göstərmir.Oyun12 saat əvvəl
  2. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun6 gün əvvəl
  3. Hideo Kojima-nın PHYSINT oyunu artıq Sony deyil, Xbox tərəfindən yayımlanacaqHideo Kojima-nın Metal Gear Solid seriyasının mənəvi davamçısı kimi təqdim olunan yeni action-cəsusluq oyunu Physint artıq Sony Interactive Entertainment tərəfindən deyil, Xbox ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq və yayımlanacaq.Oyun2 həftə əvvəl
  4. Gamescom sürprizi 21 indie oyunGamescom 2026-da oynadığım 21 indie oyun: Bəziləri təəccübləndirdi, bəziləri isə yoxOyun3 həftə əvvəl