Film & Serial, Sosial media2 dəqiqəlik oxu
Bahlul Hasanli

6 ay əvvəl

1,1 Milyard dollarlıq epik elmi-fantastik dastanın yeni filmindən ilk fraqment: "Dune 3" Gəlir!

1,1 Milyard dollarlıq epik elmi-fantastik dastanın yeni filmindən ilk fraqment: "Dune 3" Gəlir!

Denis Villeneuve tərəfindən ekranlaşdırılan möhtəşəm "Dune" trilogiyası final hissəsinə hazırlaşır. Seriyanın üçüncü filmi "Dune: Part Three"dən ilk görüntülər və maraqlı detallar paylaşılıb.

Dünya kinosunda böyük əks-səda doğuran və ilk iki filmi ilə ümumilikdə 1,1 milyard dollar gəlir əldə edən "Dune" seriyası tamamlanır. Rejissor Denis Villeneuve-in iddialı layihəsinin finalı sayılan üçüncü film üçün ilk fraqment artıq izləyicilərə təqdim edilib.

Warner Bros. "Dune 3"
Warner Bros. "Dune 3"

Fraqment Paul Atreides ilə Fremen döyüşçüsü Çaninin görüşü ilə açılır. Xatırlayırsınızsa, ikinci filmin sonunda Çani Paulu tərk edərək səhraya üz tutmuşdu. Onların yeni filmdəki söhbəti obrazların gələcək taleyi haqqında mühüm ipucları verir.

Warner Bros. "Dune 3"
Warner Bros. "Dune 3"

Frank Herbertin "Dune Messiah" romanı əsasında çəkilən filmdə Paulun bacısı Alia obrazı ilk dəfə aydın şəkildə görünür. Məşhur aktrisa Anya Taylor-Joy tərəfindən canlandırılan Alia, Bene Gesserit tərəfindən "Abomination" kimi adlandırılan qeyri-adi bir fiqur olaraq təqdim edilir.

Fraqmentin ən böyük sürprizi isə birinci filmdə həlak olan Duncan Idahonun geri qayıtmasıdır. Bundan əlavə, Paulun qarşısındakı yeni təhlükə — cildini dəyişə bilən sui-qəsdçi Skytale obrazı da diqqət çəkir. Bu obrazı ulduz aktyor Robert Pattinson canlandırır.

Warner Bros. "Dune 3"
Warner Bros. "Dune 3"

Verilən məlumata görə, "Dune 3" Paul Atreidesin imperatorluq taxtını ələ keçirməsindən 17 il sonrakı hadisələri əhatə edəcək.

Denis Villeneuve bu filmi əvvəlki iki hissə ilə müqayisədə daha çox triller janrına yaxın kimi təsvir edir. Rejissor bildirib ki, ilk iki film seriyanın birinci kitabını əhatə etdiyi halda, üçüncü film həm ton, həm də hekayə quruluşu baxımından tamamilə fərqli olacaq.

Warner Bros. "Dune 3"
Warner Bros. "Dune 3"

"Dune 3" böyük ölçüdə 65 mm formatında çəkilib, lakin bəzi səhnələrdə rəqəmsal və IMAX kameralardan istifadə olunub. Bu, Villeneuve-in karyerasında bir ilkdir. Arrakis planetinin fərqli coğrafi bölgələri və iqlimlərinin nümayiş olunacağı filmin musiqilərini isə yenə dahi bəstəkar Hans Zimmer bəstələyəcək.

Warner Bros. "Dune 3"
Warner Bros. "Dune 3"

Aktyor Heyəti

Filmdə Paul və Çaninin uşaqları — Leto II və Ghanima obrazlarını Nakoa-Wolf Momoa və Ida Brooke canlandıracaq. Digər rollarda:

  • Rebecca Ferguson (Lady Jessica)
  • Josh Brolin (Gurney Halleck)
  • Javier Bardem (Stilgar)
  • Florence Pugh (Şahzadə Irulan)
    Warner Bros. "Dune 3"
    Warner Bros. "Dune 3"

Premyera Tarixi

Elmi-fantastika həvəskarlarının səbirsizliklə gözlədiyi "Dune 3" filmi 18 dekabr 2026-cı il tarixində kinoteatrlarda nümayiş olunacaq.

Tövsiyə

Oxşar məqalələr

  1. Breaking Bad öz izləyicisini necə manipulyasiya edir ?Bu serialda izlədiklərimizi görə bilirikmi ?İcmal4 gün əvvəl
  2. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun6 gün əvvəl
  3. Hideo Kojima-nın PHYSINT oyunu artıq Sony deyil, Xbox tərəfindən yayımlanacaqHideo Kojima-nın Metal Gear Solid seriyasının mənəvi davamçısı kimi təqdim olunan yeni action-cəsusluq oyunu Physint artıq Sony Interactive Entertainment tərəfindən deyil, Xbox ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq və yayımlanacaq.Oyun2 həftə əvvəl
  4. Xaç Atası nə üçün ən səssiz film trilogiyasıdır ?Xaç Atası-da sükutun səsi.Film & Serial2 həftə əvvəl