Film & Serial2 dəqiqəlik oxu
Bahlul Hasanli

8 ay əvvəl

Yeni “Game of Thrones: A Knight of the Seven Kingdoms” serialı haqqında rəylər yayımlandı.

Yeni “Game of Thrones: A Knight of the Seven Kingdoms” serialı haqqında rəylər yayımlandı.

Yeni Game of Thrones serialı haqqında ilk rəylər gəldi: Bəyənən də var, darıxdırıcı olduğunu deyəndə.

"A Knight of the Seven Kingdoms" serialı üçün gözləyiş sona çatır. "Game of Thrones" kainatının "House of the Dragon"dan sonrakı ilk spin-off layihəsi tənqidçilərdən müxtəlif rəylər alsa da, ilk icmallarda ümumi rəylərin daha çox müsbət yöndə olduğu görülür.

Game of Thrones: A Knight of the Seven Kingdoms
Game of Thrones: A Knight of the Seven Kingdoms

George R.R. Martinin "Dunk və Egg" novellalarının ilki olan "The Hedge Knight"dan uyğunlaşdırılan HBO serialı, çox yaxında izləyicilərin qarşısına çıxmağa hazırlaşır. "Game of Thrones" və "House of the Dragon"a nisbətən daha kiçik miqyasda hazırlanan və daha çox obraza fokuslanan quruluşu ilə seçilən "A Knight of the Seven Kingdoms", Dunk adı ilə də tanınan Ser Duncan the Tall (Peter Claffey) ilə gənc yavəri Egg-in (Dexter Sol Ansell) Westeros-da yaşadığı macəraları haqqındadır.

Game of Thrones: A Knight of the Seven Kingdoms
Game of Thrones: A Knight of the Seven Kingdoms

Serialın ilk mövsümü üçün tənqidçilərin rəyləri yayımlanıb. Rotten Tomatoes-da açılış xalı yüksək olsa da, bəzi tənqidçilər serialın tempini və miqyasını əvvəlki işlərlə müqayisə edərək fərqli fikirlər səsləndiriblər.

Bəzi məhşur tənqidçilərin fikirləri aşağıdakı kimidir:

Ben Travers (IndieWire):

Məsələ kiçik detallardadır və 'A Knight of the Seven Kingdoms'da bu kiçik detallar bir araya gələrək olduqca yaxşı bir bütöv əmələ gətirir.

Kaiya Shunyata (RogerEbert.com):

Bu serial fantastik televiziyanın hələ də izləyicini təəccübləndirə biləcəyini göstərir.

Alison Herman (Variety):

Kənardan baxıldıqda 'A Knight of the Seven Kingdoms' ağıllı bir brend idarəçiliyi nümunəsidir.

Game of Thrones: A Knight of the Seven Kingdoms
Game of Thrones: A Knight of the Seven Kingdoms

Ümumilikdə serial, "Game of Thrones"un epik döyüşlərindən və siyasi intriqalarından uzaqlaşaraq, daha səmimi və "yol yoldaşı" janrına yaxın bir atmosfer təqdim etdiyi üçün təriflənir. Lakin bəzi tənqidçilər onun əvvəlki serialların ağırlığına və təsir gücünə malik olmadığını qeyd edirlər.

Tövsiyə

Oxşar məqalələr

  1. Breaking Bad öz izləyicisini necə manipulyasiya edir ?Bu serialda izlədiklərimizi görə bilirikmi ?İcmal4 gün əvvəl
  2. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun6 gün əvvəl
  3. Xaç Atası nə üçün ən səssiz film trilogiyasıdır ?Xaç Atası-da sükutun səsi.Film & Serial2 həftə əvvəl
  4. Niyə bu filmə məhz 31 Avqust baxmalısan?Sabah 31 avqustdur. Yayın son günü, payızın gəlişi. Təqvimin bu səhifəsi həm də nələrinsə birdəfəlik bitməsini, keçib gedən zamanın ağırlığını xatırladır. Əgər hələ də izləməmisinizsə, Joachim Trier 2011-ci ildə çəkdiyi “Oslo, August 31st” filminə baxmaq, ya da onu yenidən xatırlamaq üçün bundan daha mükəmməl bir tarix ola bilməz.İcmal3 həftə əvvəl