Film & Serial1 dəqiqəlik oxu
Bahlul Hasanli

9 ay əvvəl

"The Odyssey" filmindən ilk fraqment yayımlandı.

"The Odyssey" filmindən ilk fraqment yayımlandı.

Baş rollarında Reyf Fayns (Ralph Fiennes) və Julyet Pinoşun (Juliette Binoche) yer aldığı ekran işi, Homerin eyniadlı klassik dastanına əsaslanan tarixi bir dramdır.

Hekayə, illərdir müharibədə olan İtaka kralı Odisseyin (Odysseus) nəhayət evinə qayıtmasından bəhs edir. Lakin o, evə çatdıqda hər şeyin dəyişdiyini görür. Həyat yoldaşı Penelopa (Penelope) onlarla elçi tərəfindən sıxışdırılır və yenidən ərə getməyə məcbur edilir. Odisseyin oğlu Telemax (Telemachus) isə atasının yoxluğunda ailəsini və taxt-tacını qorumaq üçün çarəsiz bir mübarizə aparır.

Filmin rejissoru Uberto Pasolinidir. Fraqmentdə Odisseyin daxili dünyasındakı sarsıntılar, ailəsi ilə yenidən qovuşmaq cəhdləri və keçmişin travmaları ilə üzləşməsi qabardılır. Bu ekran işi "The English Patient" filmindən uzun illər sonra iki ulduz aktyoru yenidən bir araya gətirməsi ilə böyük maraq doğurub.

Tövsiyə

Oxşar məqalələr

  1. Breaking Bad öz izləyicisini necə manipulyasiya edir ?Bu serialda izlədiklərimizi görə bilirikmi ?İcmal4 gün əvvəl
  2. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun6 gün əvvəl
  3. Xaç Atası nə üçün ən səssiz film trilogiyasıdır ?Xaç Atası-da sükutun səsi.Film & Serial2 həftə əvvəl
  4. Niyə bu filmə məhz 31 Avqust baxmalısan?Sabah 31 avqustdur. Yayın son günü, payızın gəlişi. Təqvimin bu səhifəsi həm də nələrinsə birdəfəlik bitməsini, keçib gedən zamanın ağırlığını xatırladır. Əgər hələ də izləməmisinizsə, Joachim Trier 2011-ci ildə çəkdiyi “Oslo, August 31st” filminə baxmaq, ya da onu yenidən xatırlamaq üçün bundan daha mükəmməl bir tarix ola bilməz.İcmal3 həftə əvvəl