Oyun2 dəqiqəlik oxu
Bahlul Hasanli

6 ay əvvəl

NetEase-dən şok qərar: "Yakuza"nın yaradıcısının studiyası maliyyəsiz qaldı.

NetEase-dən şok qərar: "Yakuza"nın yaradıcısının studiyası maliyyəsiz qaldı.

Oyun nəhəngi NetEase, "Gang of Dragon" oyununun tərtibatçısı "Nagoshi Studio" ilə yollarını ayırır. Səbəb isə fantastik büdcə tələbidir.

Oyun dünyasının nəhənglərindən biri olan NetEase, əfsanəvi "Yakuza" seriyasının yaradıcısı Toşiro Naqoşi tərəfindən qurulan Nagoshi Studio-nun maliyyələşdirilməsini dayandırır. 2026-cı ilin may ayından etibarən studiya taleyin ümidinə buraxılacaq.

Bloomberg-in insayder mənbələrinə istinadən verdiyi məlumata görə, işçilər bu qərar barədə ötən cümə günü (6 mart) məlumatlandırılıblar. NetEase-dən səlahiyyətli şəxs xəbəri təsdiqləsə də, detallar barədə geniş açıqlama verməkdən yayınıb.

Lakin məsələyə yaxın olan şəxslər bildirirlər ki, maliyyənin kəsilməsinə səbəb studiyanın debüt layihəsi olan "Gang of Dragon" oyununu tamamlamaq üçün əlavə 7 milyard yen (təxminən 44.4 milyon dollar) vəsait tələb etməsidir. NetEase rəhbərliyi bu məbləği ödəməkdən imtina edib.

Xatırladaq ki, ötən ilin dekabrında The Game Awards mərasimində "Gang of Dragon" üçün maraqlı bir tizer nümayiş olunmuşdu. İndi isə studiya çətin vəziyyətdədir. Məlumata görə, Naqoşi hazırda yeni sponsorlar axtarır, lakin hələ ki, heç bir nəticə yoxdur. NetEase studiyaya bildirib ki, onlar müstəqil davam edə bilərlər, lakin oyunun aktivlərini və brend adını saxlamaq istəyirlərsə, bütün xərcləri özləri qarşılamalıdırlar.

2021-ci ildə qurulan Nagoshi Studio, NetEase-in qlobal konsol bazarına daxil olmaq planlarının əsas hissəsi idi. Lakin son bir ildə şirkət bir çox studiyasını bağlayıb və ya yenidən qurub:

  • Bad Brain Game Studios - maliyyə tərəfdaşı tapa bilmədiyi üçün bağlandı.
  • Fantastic Pixel Castle - müstəqil olmağa çalışsa da, bir ay sonra fəaliyyətini dayandırdı.
  • Anchor Point Studios - keçən ay NetEase tərkibindən ayrılaraq müstəqil fəaliyyətə keçdiyini elan etdi. Görünən odur ki, böyük büdcəli oyunlar dövründə hətta ən tanınmış adlar belə maliyyə zəmanəti ala bilmirlər.

Tövsiyə

Oxşar məqalələr

  1. Tim Schafer oyun sənayesində işdən çıxarmaların niyə davam etdiyini başa düşmür: “Görünür ki, haradasa kimsə acgözlük edir”Double Fine Productions-ın qurucusu Tim Schafer oyun sənayesində illərdir davam edən işdən çıxarmaların səbəbini başa düşmədiyini deyib. Onun fikrincə, bunun əsas səbəbi acgözlük ola bilər, amma Schafer bunu qəti səbəb kimi göstərmir.Oyun12 saat əvvəl
  2. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun6 gün əvvəl
  3. Hideo Kojima-nın PHYSINT oyunu artıq Sony deyil, Xbox tərəfindən yayımlanacaqHideo Kojima-nın Metal Gear Solid seriyasının mənəvi davamçısı kimi təqdim olunan yeni action-cəsusluq oyunu Physint artıq Sony Interactive Entertainment tərəfindən deyil, Xbox ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq və yayımlanacaq.Oyun2 həftə əvvəl
  4. Gamescom sürprizi 21 indie oyunGamescom 2026-da oynadığım 21 indie oyun: Bəziləri təəccübləndirdi, bəziləri isə yoxOyun3 həftə əvvəl